Yeni pandemiya gəlir? - XƏBƏRDARLIQ - ednews.net

5 Dekabr,

Yeni pandemiya gəlir? - XƏBƏRDARLIQ

Səhiyyə A- A A+

Alimlər H5N6 adlı ölümcül quş qripinə yoluxan insanların yarısının öldüyünü açıqlayıb. Bildirilib ki, quş qripi bütün dünyaya yayılmaq üzrədir.

EDNews.net Publika.az-a istinadən xəbər verir ki, İtaliyada quş qripinə yoluxma qeydə alınıb. Dünən isə Çinin Hunan əyalətində 60 yaşlı qadının quş qripindən öldüyü iddia olunub. Qeyd olunub ki, qadın ölü ev heyvanlarına toxunduqdan sonra quş qripinə yoluxub. Çinin başqa bölgələrində də quş qripinə yoluxma halları qeydə alınıb.

Həmçinin İsrail də quşçuluqda yüksək patogen H5 quş qripi (HPAI) müşahidə olunduğunu bildirib. Bundan başqa, Rusiya da fərqli bölgələrində kütləvi quş ölümlərinin qeydə alındığı barədə məlumat yayıb.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı İtaliyanın şimalındakı hinduşka fermasında yüksək patogen H5N1 quş qripinin yayılması və təxminən 200 quşun tələf olduğu barədə məlumat verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...