“Sputnik Light” vaksini koronavirusun müalicisində effektivlidir? - ednews.net

27 Yanvar, Cümə axşamı

“Sputnik Light” vaksini koronavirusun müalicisində effektivlidir?

Səhiyyə A- A A+

Qamaley adına Rusiya Elmi Tədqiqat və Epidemiologiya Mərkəzi “Sputnik Light” təkkomponentli koronavirus peyvəndi üzərində apardığı araşdırmanın nəticələrini “The Lancet” tibb jurnalında dərc edib.

EDNews.net xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Məqalədə qeyd edilib ki, bu vaksin yüksək səviyyədə təhlükəsizlik və yaxşı immun reaksiya nümayiş etdirib.

Tədqiqat vaksinin həm koronavirusa yoluxmayanlarda, həm də COVID-19-a yoluxanlarda güclü immun reaksiyaya səbəb olduğunu təsdiqləyib.

Həmçinin qeyd olunur ki, bildirilən yan təsirlər yüngül və orta dərəcədə olub, ciddi əlavə reaksiyalar müəyyən edilməyib.

Bildirək ki, bir müddət əvvəl bildirilmişdi ki, "Sputnik Light" vaksini koronavirusun "delta" ştammına qarşı 70 faiz, 60 yaşdan aşağı insanlar qrupunda isə 75 faizdən çox effektivdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...