Britaniya molnupiraviri koronavirusun müalicəsi üçün təsdiqləyən ilk ölkə oldu - ednews.net

5 Dekabr,

Britaniya molnupiraviri koronavirusun müalicəsi üçün təsdiqləyən ilk ölkə oldu

Səhiyyə A- A A+

Böyük Britaniya, Amerikanın “Merck” şirkəti tərəfindən istehsal olunan koronavirus dərmanı olan molnupiravirin istifadəsinə icazə verən dünyada ilk ölkə olub. Bu barədə ölkənin Dərman və Sağlamlıq Məhsullarına Nəzarət Agentliyinin cümə axşamı yaydığı məlumatda deyilir.

Britaniya tibbi tənzimləyicisinin qeyd etdiyi kimi, dərman "ciddi xəstəlik inkişaf riski altında olan yüngül və orta dərəcəli COVID-19 olan insanlarda xəstəxanaya yerləşdirmə və ölüm riskini azaltmaq üçün təhlükəsiz və effektivdir".

Böyük Britaniyanın səhiyyə naziri Sajid Cavid bu günü "ölkə üçün tarixi" adlandırıb. "Böyük Britaniya dünyada COVID-19 üçün evdə istifadə edilə bilən antiviral dərmanı təsdiqləyən ilk ölkədir”, - deyə o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...