Alimlər koronavirusla mübarizədə kömək edə biləcək gözlənilməz vasitəni aşkarlayıblar - ednews.net

18 Yanvar, Çərşənbə axşamı

Alimlər koronavirusla mübarizədə kömək edə biləcək gözlənilməz vasitəni aşkarlayıblar

Səhiyyə A- A A+

Şotlandiyanın Aberdin və Misirin Süveyş Kanalı universitetlərinin alimləri araşdırma apararaq müəyyən ediblər ki, əqrəb zəhəri koronavirusun yeni ştammları ilə mübarizədə faydalı ola bilər.

EDNews.net-in “Report”-a istinadən verdiyi xəbərə görə, bu barədə təhsil müəssisələrindən birinin saytında dərc olunmuş press-relizdə məlumat verilib.

Mütəxəssislərin fikrincə, əqrəb zəhərinin tərkibində bioloji aktiv peptidlərdən ibarət “möcüzəli kokteyl” var ki, onlardan bəziləri virus əleyhinə güclü təsir göstərir. Alimlər güman edir ki, onlar COVID-19-a qarşı yeni dərmanların əsasını təşkil edə bilər.

"Artıq əmin olduq ki, onların tərkibində son dərəcə güclü bioloji aktiv peptidlər var və bizi daha çox yeni kəşfləri gözlədiyini güman edirik", - tədqiqatın müəlliflərindən biri, doktor Vael Hüseyn deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...