Amerikanın “Moderna” şirkəti daha qüvvətli buster (gücləndirici) vaksinin yaradılması üzərində işləyir.
EDNews.net xəbər verir ki, bu barədə məlumatı şirkət yayıb. Bildirilir ki, yeni vaksin bu yaxınlarda aşkar olunan “Omicron” ştamı kimi koronavirusun yeni mutasiyalarından orqanizmi daha yaxşı qoruya biləcək.
“Moderna “Omicron” ştamı üçün xüsusi buster variantının yaradılması üzərində sürətlə hərəkət edəcək”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada aşkarlanan yeni ştama “Omicron” adını verib.