ÜST son rəqəmləri açıqladı - 360 milyonu ötüb - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

ÜST son rəqəmləri açıqladı - 360 milyonu ötüb

Səhiyyə A- A A+
Dünyada koronavirusa yoluxma hallarının sayı 360 milyonu, ölənlərin sayı isə 5,62 milyonu keçib.
 
"Ednews" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
 
Hazırda yoluxma sayı 360 578 392 nəfər təşkil edir. Koronavirus infeksiyasından 5 620 865 nəfər ölüb. Gün ərzində yoluxanların sayı 3 395 352 nəfər, ölənlərin sayı 10 176 nəfər artıb.
 
Pandemiyanın bütün dövrü üçün maksimum göstərici yanvarın 26-da qeydə alınıb, belə ki, 24 saat ərzində 3 962 990 yoluxma halı aşkar edilib.
 
Ən çox yoluxma halları ABŞ (71 812 665), Hindistan (40 371 500) və Braziliya (24 311 317) qeydə alınıb.
 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...