Özbəkistanlı cərrahlar Azərbaycanda laparoskopik cərrahiyyə üzrə təlim aldı

Sağlamlıq 16:46 19.02.2022
 M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin və Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin birgə özbəkistanlı cərrahlar üçün təşkil etdiyi “İrəli Laparoskopik Cərrahiyyə üzrə İxtisasartırma” kursu uğurla başa çatıb.  
   
Ednews xəbər verir ki, üç həftəlik kurs müddətində iştirakçılara M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Kolorektal cərrahiyyə şöbəsinin rəhbəri, “Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti”nin sədri professor Qurbanxan Müslümov tərəfindən mədəaltı vəzin şişləri zamanı icra edilən “Laparoskopik Vipl” əməliyyatı, qida borusunun şişləri zamanı icra edilən“Torako-Laparoskopik Ezofaqektomiya-qida” borusunun çıxarılması əməliyyatı, endoskopik üsulla qalxanvari vəz üzərində aparılan əməliyyatlar, eləcə də endoskopik və laparoskopik üsulla icra edilən bir sıra digər əməliyyatlar barədə xüsusi simulyatorlar üzərində təlimlər keçirilib.
 
Qeyd edək ki, özbəkistanlı cərrahların Azərbaycana səfərinin əsas məqsədi son illər cərrahiyyədə lider mövqe qazanmaqda olan endoskopik, laparoskopik və torakoskopik cərrahiyyə sahəsində ən son yeniliklərlə əyani tanış olmaq, eyni zamanda bilik və bacarıqlarının artırılmasından ibarət olub. 
 
 Kursda iştirak edən Özbəkistan Respublikasının Səmərqənd şəhər mərkəzi xəstəxanasının 3, Təcili Tibbi Yardım Elmi Mərkəzinin Əndican filialının 1 cərrahına kursu uğurla başa vurduqlarına görə sertifikatlar təqdim edilib. 
 
 Bu münasibətlə keçirilən tədbirdə Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, müşavir Mahammadjon Botraliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ramin Ağayev, İTS və TƏBİB-in müvafiq şöbələrinin əməkdaşları Fatima Həsənova, Ramin Burcəliyev, M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Kolorektal cərrahiyyə şöbəsinin rəhbəri, “Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti”nin sədri professor Qurbanxan Müslümov, kiçik elmi işçi, ümumi cərrah Vüqar Behbudov iştirak edib. 
 
Tədbirdə çıxış edənlər Azərbaycan-Özbəkistan arasında digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğunu diqqətə çatdırıb və kursun əhəmiyyətindən danışıblar.
   
Kurs iştirakçıları isə öz növbələrində təlimlər zamanı əldə etdikləri bilik və təcrübənin gələcək fəaliyyətlərində önəmli rol oynayacağını qeyd ediblər. 
 
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO

Xəbər xətti

DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Hamısı