Meymunçiçəyi virusundan necə qorunmaq olar? Araşdırma

Sağlamlıq 17:26 27.05.2022

Son günlərdə ABŞ, Avropa, Avstraliya və Yaxın Şərqdə yayılan meymunçiçəyi epidemiyası səhiyyə mütəxəssislərini çaşdıraraq daha geniş yayılacağı ilə bağlı narahatlıqlar yaradıb.

Ednews xəbər verir ki, böyük qlobal problemlərə diqqət yetirən “Our World in Data”  elmi onlayn nəşrinə görə, virusun endemik olduğu Afrikadan kənarda 22 ölkədə 346 təsdiqlənmiş və şübhəli hal qeydə alınıb.                 

Məlumata görə, yeni halların əksəriyyəti cinsi əlaqə yolu ilə yayılıb. Bununla belə, Ümumdünya Səhiyyə Təşkilatı hər kəsin virusa yoluxma riski ola biləcəyi barədə xəbərdarlıq edib. Uşaqlar, hamilə qadınlar və immuniteti zəif olanlar xüsusilə risk altındadırlar.

ÜST-ün saytında verilən açıqlamasına əsasən virusa yoluxan biri ilə yaxın təmasda olan hər kəsin risk altında olduğu qeyd edilib.

Meymunçiçəyi, çiçək xəstəliyi ailəsinin bir hissəsi olan meymun çiçəyi virusunun yaratdığı nadir bir xəstəlikdir, lakin daha az şiddətlidir. Çiçək xəstəliyinə qarşı peyvəndlərin meymun çiçəyinə qarşı effektivliyi 85% sübut edilib.

ÜST-dən epidemiya ilə mübarizə üçün kütləvi peyvəndlərin tələb olunacağı ehtimalının az olduğu bildirilib. Epidemiyanın sürəti və səbəbinin aydın olmadığını nəzərə alaraq, ictimai səhiyyə orqanı virusun yayılmasına nəzarət etmək üçün insanları şəxsi gigiyenaya riayət etməyə çağırıb.

Sağlamlıq mütəxəssisləri ümumi ictimaiyyət üçün risklərin az olduğu ilə razılaşsalar da, virusa yoluxma riskinizi azaltmaq üçün bir sıra ehtiyat tədbirləri görmək olar.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri, Böyük Britaniyanın Milli Səhiyyə Xidməti və ÜST-ün tövsiyələrinə aşağıdakılar daxildir:

Yaxın müddətdə virusa yoluxmuş və ya yoluxmuş ola biləcək insanlarla təmasda olmaqdan çəkinin.

Simptomları olan biri ilə yaxın təmas zamanı üz maskası taxın.

Qoruyuculardan istifadə edin və cinsi partnyorlarınızı bu yaxınlarda dəyişmisinizsə, simptomlara diqqət yetirin.

Virus daşıya biləcək heyvanlarla təmasdan çəkinin. Buraya xəstə və ya ölü heyvanlar, xüsusən də meymunlar, gəmiricilər və çöl itləri kimi heyvanlar daxildir.

Xüsusilə yoluxmuş heyvanlarla və ya insanlarla təmasda olduqdan sonra əl gigiyenasına riayət edin. Məsələn, əllərinizi sabun və su ilə yuyun və ya spirt əsaslı dezinfeksiyaedici vasitələrdən istifadə edin.

Təsdiqlənmiş və ya şübhəli meymunçiçəyi infeksiyası olan xəstələrə qulluq edərkən fərdi qoruyucu vasitələrdən istifadə edin.

Yalnız yaxşı bişmiş ət yeyin.

Meymun çiçəyi səthlər və materiallar vasitəsilə də ötürülə bilər, ona görə də xəstə insan və ya heyvanla təmasda olan materiallarla təmasda olmaqdan çəkinin.

"Bu, insan xaricində sabit olan bir virusdur, ona görə də yorğan və buna bənzər əşyalar üzərində yaşaya bilir",-dr. Skot Qotlib deyib.

“Paltar və yataq dəstlərini yüksək temperaturda müntəzəm olaraq yumaq düzgün addımdır",-Belçikanın Ku Leuven Universitetinin tibb professoru Emmanuel Andre vurğulayıb.

O, insanların ictimai yerlərdən, taksilərdən, alış-veriş və otellərdən çəkinməsinə ehtiyac olacağını düşünmədiyini bildirib:

"Ümumi əhalinin adi həyatda gördüyümüzdən daha çox tədbir görməsinə ehtiyac yoxdur. İnsanlar yüksək riskli bir mühitdədirlərsə, əlavə tədbirlər görülməlidir".

Əgər meymun çiçəyinə yoluxduğunuzdan şübhələnirsinizsə, özünüzü başqaları ilə fiziki təmasdan təcrid etməli və dərhal həkimə müraciət etməlisiniz.

Meymun xəstəliyinin ilkin simptomlarına qızdırma, baş ağrıları, əzələ ağrıları, şişlik və bel ağrısı daxildir. Daha sonra səpgilər və yaralar adətən bir-beş gün ərzində üz, əllər, ayaqlar, gözlər, ağız və ya cinsiyyət orqanlarında yaranır. Bu səpgilər yuxarı qalxmış qabarğalara, sonra isə qabarcıqlara çevrilir, onlar qırılmadan və qabıqlanmadan əvvəl ağ maye ilə dola bilər.

Virusun bir çox simptomları suçiçəyi, herpes və ya sifilis kimi digər xəstəliklərlə asanlıqla səhv salına bilər, buna görə də tibbi təsdiq vacibdir.

Sizə meymun çiçəyi diaqnozu qoyularsa, virus keçənə qədər təcrid olunmalısınız. Xəstəlik adətən yüngül keçir və insanların çoxu 2-4 həftə ərzində sağalır.

Tibbi məsləhətlər hazırda ölkələr arasında fərqli olsa da, Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) qeyd edir ki, infeksiyanın digər insanlara yayılmasının qarşısını almaq üçün xüsusi xəstəxanada qalmaq zəruri ola bilər.

Mirvari Əzizova

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
Hamısı