ÜST koronavirusun daha təhlükəli ştamının yarana biləcəyini istisna etmir - ednews.net

26 İyun,

(+994 50) 229-39-11

ÜST koronavirusun daha təhlükəli ştamının yarana biləcəyini istisna etmir

Səhiyyə A- A A+

"Mövcud vaksinlərin gücsüz olduğu koronavirusun yeni, daha təhlükəli ştamının yaranma ehtimalı kifayət qədər realdır".

Ednews xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Gebreyesus Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən “Globsek-2022” təhlükəsizlik konfransında çıxışı zamanı bildirib.

“Vaksinlərin təsir etmədiyi yeni, daha virulent ştamın meydana gəlməsi təhlükəsi qalmaqdadır”, - o deyib.

T.Gebreyesus vurğulayıb ki, ÜST bəzi regionlardakı tendensiyalardan narahatdır. Belə ki, hazırda Afrika, Qərbi Sakit Okean regionunda COVID-lə əlaqəli ölüm halları artmaqdadır. Amerika qitəsində isə həm yoluxma, həm də ölüm sayında artım var.

ÜST-ün Baş direktoru yeni virusun necə inkişaf edəcəyini deməyin çətin olduğunu söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...