TƏBİB: - COVİD-lə bağlı xəstəxanalarda iş yükü artmayıb - ednews.net

19 Avqust, Cümə

(+994 50) 229-39-11

TƏBİB: - COVİD-lə bağlı xəstəxanalarda iş yükü artmayıb

Səhiyyə A- A A+

"Biz əhaliyə müraciət edərək onları ehtiyatlı olmağa çağırırıq".

Bunu TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

O bildirib ki, son həftələr COVID-19-a yoluxma hallarında artım müşahidə olunur:

"Hazırda ölkəmizdə epidemioloji vəziyyət nəzarət altındadır. Səhiyyə sistemində və eləcə də xəstəxanalarda iş yükünün artması müşahidə olunmayıb. Ölkəmizdə xəstəliklərin idarə olunması üçün bütün resurslar mövcuddur. Edilən xəbərdarlıqların məqsədi fərqlidir. Biz əhaliyə müraciət edərək onları ehtiyatlı olmağa çağırırıq. 65 yaşından yuxarı şəxslər və xroniki xəstəlikləri olanlar unutmasın ki, xəstəlik tam şəkildə yox olmayıb. Xəstə insanlar özlərini düzgün şəkildə təcrid etsə, digər insanlar arasında da yoluxma artmaz. Son olaraq, ikinci doza vaksinin vurulmasından altı ay keçən vətəndaşları buster doza vaksin vurdurmağa dəvət edirik, bu çox vacibdir"- o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...