Hollandiya iş yerində koronavirusa yoluxmuş tibb işçilərinə təzminat ödəyəcək
Hollandiya hökuməti koronavirus pandemiyasının ilk dalğasında iş yerində koronavirusa yoluxan və buna görə də uzunmüddətli problemlər yaşayan tibb işçilərinə birdəfəlik 15 min avro təzminat ödəməyə hazırlaşır.
Ednews xəbər verir ki, İdman Naziri Conny Helder, qrantın əlillik müavinətləri və ya keçid planları kimi deyil, "tibb işçilərinin əzablarını anlamaq" üçün nəzərdə tutulduğunu söyləyib.
Hökumət tərəfindən hazırlanan “Könüllü Kompensasiya” planı 2020-ci ilin mart-iyun ayları arasında koronavirus xəstələrinə birbaşa qulluq və yaxından diqqət yetirən, bu prosesdə özləri də xəstələnən və uzunmüddətli şikayətlərlə üzləşən tibb işçilərini əhatə edir.
Nazir Helder, koronavirus pandemiyasının ilk dalğasında böyük səylər göstərən tibb işçilərinin Coviddən sonra uzun müddətli şikayətlərin ciddi nəticələrini yaşamalarına təəssüfləndiklərini söyləyib.
Nəzrin Beydiyeva