Çin rəsmiləri ölkədə koronavirusa rekord yoluxma qeydə alındığını bildiriblər.
Ednews xəbər verir ki, Çinin Milli Səhiyyə Komissiyasının açıqlamasında 32 943 nəfərdə virusun aşkar edildiyi bildirilir.
Məlumatda qeyd olunur ki, xəstəliyin simptomları 3103 xəstədə aşkar edilib, 29 840 nəfərdə bu, asimptomatik olub.
Çində növbəti infeksiya epidemiyası fonunda məhdudiyyətlər tətbiq olunmağa başlayıb.