Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı dünya ölkələrinə çağırış edib.
Ednews xəbər verir ki, çağırış barədə ÜST-ün sözçüsü Tarik Yaşareviç bəyan edib. O, qeyd edib ki, ÜST dünya ölkələrini öz strategiyalarını koronavirusun yoluxma halının indiki vəziyyəti ilə uyğunlaşdırmağa səsləyib.
Bununla yanaşı, səhiyyə sektoruna sərmayə qoymaq və tibb personalına əlavə ianələr vermək vacib məsələdir.
“Bu gün biz bir-iki il əvvəlkindən daha yaxşı vəziyyətdəyik, COVID-19 ilə mübarizə aparmaq üçün peyvəndlərimiz var”, - Yaşareviç bildirib.