Covid testinə görə 20 insan həyatından oldu - ednews.net

27 Yanvar, Cümə

(+994 50) 229-39-11

Covid testinə görə 20 insan həyatından oldu

Səhiyyə A- A A+

Qlobal Sağlamlıq və Təhlükəsizlik Agentliyi  bildirib ki, dünyada fəaliyyət göstərən laboratoriyalar yanlış nəticə, yəni pozitiv nəticələri neqativ kimi göstərdiyi halda bu insan ölümünə səbəb ola bilər. 

Ednews xəbər verir ki, bu iddia ilə İngiltərənin bir –nemçə səhiyyə ekspertləri çıxış ediblər. Onların fikrincə, bir laboratoriyanın verdiyi yanlış cavab təxminən 20 insanın ölümünə səbəb ola bilər.

Hesabatda nümunə olaraq, İngiltərənin mərkəzi-qərbindəki Vulverhempton şəhərindəki “Immensa” sağlamlıq klinikasının laboratoriyasında baş verən hadisə qeyd olunub. Məlumatda deyilir ki, həmin hospitalda 2021-ci il sentyabrın 2-dən oktyabrın 12-dək müsbət nəticə verməli olan 39.000 PCR testi mənfi olaraq göstərilib.

Bunun nəticəsində 680 insan təcrid olunaraq, yoluxmaqda şübhəli kimi höspitalda yerləşdirilib. Ən pisi isə nəticədə bir ay 10 gün müddətində 20 insan həyatını itirib. 

Qeyd edək ki, Böyük Britaniyanın Milli Səhiyyə Xidməti qeyri-dəqiq nəticələr barədə məlumat verildikdən sonra adı qeyd olunan  hospitalın fəaliyyətini də dayandırıb.

Elnur Ənvəroğlu



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...