Qarşımızda bir kəs əsnədiyi və güldüyü zaman avtomatik həmin hərəkət bizə də yansımış olur. Bu zaman istər-istəməz bu hərəkətləri görən insanlar digərinin etdiyi hərəkətləri təkrarlayır. Məsələn gülür, əsnəyir, ağlayır və.s
Maraqlıdır, bu hərəkətləri edən insanlar bunu digərlərinə necə ötürə bilirlər? Bu proses nədən qaynaqlanır?
Bizim qarşımızdakı insanın hərəkətlərini əsnəməyi, gülməyi, öyrənməyi və.s və bu prosesin nə üçün belə yoluxucu olduğunu - birinin əsnədiyini görən kimi bizim də əsnəmək istəməyimizin səbəbini araşdırmağa çalışdıq.
Məsələnin psixoloji tərəfini araşdırmaq üçün psixoloq Tariyel Faziloğlu ilə söhbətləşdik. Mütəxəssis bu prosesin nədən irəli gəldiyini və nədən qaynaqlandığını izah edib. O, bu barədə Ednews-a açıqlaması zamanı bildirib ki, bu davranışlar beynimizin aktiv halda olmasından irəli gəlir.
“Ümumiyyətlə bəzi davranışların təkrarlanmasının səbəbi o hərəkətin beynimizdə aktiv olmasıdır. Məsələn, gülmək, əsnəmək, kədərlənmək, aqressiya kimi duyğular aktiv olduğu üçün ətrafda bunu kimsə etdikdə, o hərəkət beynimizin mərkəzini qıcıqlandırmış olur. Bununla da, mexaniki olaraq beynimizin mərkəzi aktivləşdiyi zaman həmin hərəkət bizə yansıyaraq, eyni həmin hərəkəti biz də təkrarlamış oluruq.
Rəna Mürşüd