Bu ölkədə maska taxmaq yenidən gündəmdədir - ednews.net

30 Yanvar, Bazar ertəsi

(+994 50) 229-39-11

Bu ölkədə maska taxmaq yenidən gündəmdədir

Səhiyyə A- A A+
Kolumbiyanın Səhiyyə Nazirliyi ölkədə COVID-19-a yoluxanların sayının artmasını nəzərə alaraq maska taxmağı məcburi qayda kimi yenidən tətbiq etdiyini açıqlayıb.
 
Ednews xəbər verir ki, Kolumbiyanın səhiyyə naziri Karolina Korço açıq və qapalı yerlərdə iki yaşdan yuxarı olanlar üçün maska taxmağın məcburi olduğunu bildirib.
 
Qeyd edək ki, Kolumbiyada indiyədək tibb mərkəzlərində maskadan istifadə olunurdu.
 
Səhiyyə Nazirliyinin məlumatına görə, Kolumbiyada ötən həftə 2112 nəfər COVID-19-a yoluxub, halbuki noyabrın əvvəlində bu göstərici həftəlik 600-700 olub.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...