Artrit ağrı, sərtlik və iltihaba, həmçinin hərəkət etməkdə müəyyən problem yarada bilər. Bu vəziyyətin tam müalicəsi olmasa da, simptomların qarşısını almaq və ya aradan qaldırmaq üçün müəyyən yollar mövcuddur.
Ednews xəbər verir ki, daimi hərəkətdə olmaq artritin yan təsirlərlə mübarizədə əsas rol oynayır. Fiziki terapevt araşdırmalarına görə, bu ağrılara daha çox oturaq iş həyatı sürən insanlarda olur.
Onun fikrincə artrit və digər problemlərin qarşısının alınmasında daim hərəkətdə olmaq və güclü fiziki məşqlər vacib rol oynayır. Həkimlərə isə müraciət edənlər arasında ən çox oynaq ağrıları ilə yaşayan ofis işçiləridir. Əsas əlamətlərinin ilin sonuna-soyuq aylarda büruzə verir. İnsanların düşüncəsinə görə masa arxasında düzgün oturmaq bu ağrını səngitmək üçün yetərlidir. Ancaq siz düz otursanız belə, günün sonuna qədər daima hərəkətsiz qalmanız ağrıların üzə çıxmasına səbəb olacaq. O səbəbdən daima hərəkətdə olun.
Gün ərzində 10.000 addım atmaqdan da savayı, 1 saat aerobik və həftədə iki dəfə güc məşqləri etməniz kifayətdir. Əsas odur ki, əzələlər güclənsin. Çünki daimi hərəkət sistemi nəinki artrit, bir çox xəstəliklərinin inkişaf riskini azaldacaq. Əlavə olaraq, qeyd etmək lazımdır ki, güc məşqləri sadəcə ağırlıq qaldırmaq deyil, adicə uşaqlarınızla oyun oynamaq kifayətdir.
Rəna Mürşüd