Qazlı içkilərin yaratdığı xəstəliklər aşağıdakılardır:
Piylənmə: Araşdırmalara görə, istehlak edilən hər qazlı içki piylənmə riskini 1,6 dəfə artırır. Ürək-damar xəstəliklərinin 70%-i piylənmədən qaynaqlanır.
Diş xəstəlikləri: Qazlı içkilərin tərkibindəki turşu və şəkər diş minasını zədələyir.
Şəkərli diabet: Qazlı içkilər qəbul etdikdən 20 dəqiqə sonra qanda şəkərin miqdarı yüksəlir və buna uyğun olaraq insulin partlaması baş verir.
Ürək xəstəlikləri: Qazlı içkilərin tərkibində yüksək dozada fruktoza qarğıdalı siropu var ki sağlamlıq problemlərinə səbəb olub. Bu maddə həm də ürək xəstəlikləri və diabetə səbəb olan metabolik pozğunluqların riskini artırır.
Böyrək xəstəlikləri: Qazlı içkilərin tərkibində yüksək miqdarda fosfor turşusu var ki, bu da uzun müddətdə böyrək daşlarına və digər böyrək xəstəliklərinə səbəb ola bilər.
Aynurə İsmayılqızı