ABŞ səhiyyə rəsmiləri COVID-19 peyvəndini artıq ildə bir dəfə vurulan ənənəvi “qrip” peyvəndi kimi tətbiq etmək qərarına gəlib.
Ednews xəbər verir ki, ölkənin səhiyyə idarəsi düşünür ki, vaksinasiyanı mütəmadiləşdirməklə, əksər böyüklərin və uşaqların mutasiyaya uğrayan virusdan qorunmasına böyük təsir edə bilər.
Bu o deməkdir ki, amerikalılar artıq neçə peyvənd dozası aldıqlarını və ya son dozadan neçə ay keçdiyini izləmək məcburiyyətində qalmayacaqlar.
Bu təklif əhali tərəfindən o qədər də müsbət qarşılanmasa da, vətəndaşlarının 80 faizindən çoxunun yalnız bir dəfə peyvənd dozası aldığı Amerika üçün məqbul hesab edilib.
Elnur Ənvəroğlu