Tibbi arayış üçün 40 manat niyə verilməlidir? - Adil Qeybulladan AÇIQLAMA - ednews.net

5 Fevral,

(+994 50) 229-39-11

Tibbi arayış üçün 40 manat niyə verilməlidir? - Adil Qeybulladan AÇIQLAMA

Səhiyyə A- A A+

Bir çox vətəndaşlar üçün sağlamlıq haqqında arayışın alınması müşkül məsələlələrdən birinə çevrilib. Söylənənlərə görə, Azərbaycanda dövlət poliklinikalarında sağlamlıq haqqında arayış üçün 40 manat tələb olunur. Bir müddət əvvəl başlanan bu proses vətəndaşlar tərəfindən narazılıqla qarşılanıb. Maraqlıdır ki, sonradan məbləğin İcbari Tibbi Sığorta tərəfindən təyin olunduğu və 40 manatın banka ödəniləcəyi deyilir.

Tibb üzrə mütəxəsis Adil Qeybulla Ednews-a bildirib ki, bu təcrübə ləğv olunmalıdır.

“Dünya ölkələrində ailə həkimi institutu var. Hər bir şəxsin sağlamlıq kriteriyaları orada görünməlidir. Hər hansı sağlamlıq haqqında arayış tələb olunarsa bu elektron yolla baş tutmalıdır. Dünyanın hər yerində bu belədir. Hər hansı təşkilat arayış tələb olunanda da həmin yerdən elektron formatda arayış göndərilir”.

Mütəxəssis bildirib ki, bu təcrübədən yararlanmalıdırlar ki, anlaşılmazlıqlar olmasın.

Sosioloq Lalə Mehralının sözlərinə görə isə insanların bu məsələyə etiraz etməyə haqları var. Bu qədər məbləğin tələb olunması da müəmmalıdır. 40 manat bir ailənin bir aylıq çörək puludur.

“Kimsə sağlamlıq haqqında arayışa ehtiyac duyursa demək ki, işsizdir. İş axtardığı müddətdə arayış  tələb olunan sənədlərdən biridir.  İşsiz olduğu halda  tələb olunan  40 manat insan üçün hədsiz yüksək qiymətdir.  Bu məbləği ondan tələb etmək  ədalətsizlikdir”.

Sosioloq sorğu şəklində keçirilən “müayinə” ilə arayış alan şəxsləri də qınayıb.

“Sorğu şəklində keçirilən yoxlama ilə arayış almağa gedirlər, amma sağlamlıq müayinələrindən keçmirlər. Heç bir həkim qəbulunda olmurlar. Saxta yolla arayış almağa çalışırlar. Buna görə də rüsum məsələsində məbləğin çox olmasını tələb edə bilmirlər. Daha münasib qiymət təyin etsələr hər kəs  müaynədən keçərək  arayış almağa çalışar”.

Son olaraq o qeyd edib ki, sorğu əsasında verilən arayışın özü də qanuna ziddir. 

“Psixoloji, yoluxucu xəstəliklər var ki, tibb müəssisəsi bu kimi müayinələri həyata keçirmədən sağlamlıq haqqında arayışı verirsə məsuliyyətə cəlb olunmalıdır”.

Ayan Rzayeva



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...