Pəhriz yoxsa sağlamlıq?! Həkim körpə ölümlərinin səbəblərini AÇIQLADI

Sağlamlıq 14:24 21.06.2023
Dövlət Statistika Komitəsi yeni rəqəmlər açıqlayıb. 
 
Statistikaya əsasən, ötən il 1 yaşadək ölən uşaqların cəmi sayı 959 nəfər olub. Bunlardan 392 nəfəri perinatal dövrdə yaranan bəzi xəstəliklərdən vəfat edib. 
 
Ednews xəbər verir ki, tənəffüs sistemi xəstəlikləri, anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozuntuları, bəzi infeksion və parazitar xəstəliklər, sinir sistemi, həzm sistemi xəstəlikləri, zəhərlənmələr vəfat səbəbləri arasındadır. 
 
Perinatal dövrdə qadınlar nəyə diqqət etməlidir? 
 
Sualımızı pediatr-endokrinoloq Sevda Novruzova cavablayıb. O, Ednews-a açıqlamasında bildirib ki, son illərdə bir yaşadək uşaqlar arasında ölüm hallarının sayı artıb. 
 
“Buna daha çox perinatal dövrdə rast gəlinir. Perinatal dövr hamiləliyin 22-ci həftəsindən, yəni 154-cü günündən başlayaraq doğuşdan sonrakı 7 günlük müddəti əhatə edir. Bu dövrdə baş verən ölüm hallarına səbəb olan xəstəlikləri yaradan bir neçə faktor var. Bunlardan biri uyğun olmayan pəhrizdir. Xanımlarımız arasında bu, son illər sanki dəb halını alıb. Həm də bir endokrinoloq kimi vurğulamaq istəyirəm ki, dieta ac qalmaq demək deyil. Arıqlamaq istəyən insanlar isə səhvən belə düşünür. Tam əksinə, sağlam pəhriz sadəcə müəyyən, yəni orqanizmdə piylənməyə səbəb olan qidaların rasiondan çıxarılmasıdır. Amma vitamin və minerallarla zəngin qidalar artırılmalıdır. Bəzi xanımlar daim pəhriz saxlayır, yemək yemir, özlərini aclığa öyrəşdirirlər. Bu təmamilə yanlışdır. Orqanizmində vitamin və mineral çatışmazlığı olan qadınlarda hamilə vaxtı müəyyən xəstəliklər yaranması ehtimalı yüksəkdir”. 
 
S.Novruzova qeyd edib ki, hüceyrə daxili infeksiyalar da körpələrin ölüm səbəbləri arasındadır. 
 
“Kişidən qadın bətninə müxtəlif infeksiyalar keçə bilər. Xlamidioz,  mikoplazma, qardnerella kimi infeksiyalar ilkin olaraq ginekolq müayinəsində yoxlanılır. Bəzi hamilələr ginekoloji müayinəyə 4-5-ci aylarda, hətta son ərəfələrdə müraciət edir. Hamiləliyə hazırlıq dövründə bu infeksiyaların olub-olmaması mütləq yoxlanılmalıdır. Gənc cütlüklərin nəzərinə çatdırmaq istəyirəm ki, əgər sağlam körpə dünyaya gətirmək istəyirlərsə, hamiləliyə hazırlıq dövründə həkimə müraciət etsinlər. Ginekoloji, endekrinoloji və digər müayinələrdən keçmək şərtdir. Əks halda bu və ya digər xəstəliklər nəticəsində körpə perinatal dövrdə vəfat edə bilər”. 
 
S.Novruzova son olaraq vurğulayıb ki, qadınlar hamiləlik dövründə həyat tərzlərinə xüsusi diqqət etməlidirlər.
 
“Spirtli içkilərin qəbulu, siqaret və tütün məhsullarından istifadə və digər zərərli içkilər, qidalar hamilələrdə və körpələrdə xəstəliklərin əmələ gəlməsinə və bədbəxt hadisələrə səbəb ola bilər”.
 
 
Törə Zeynal
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı