Cizgi filmlər uşaqlara necə təsir edir? Araşdırma

Sağlamlıq 20:28 25.11.2016

Uşaqlar demək olar ki, əksər saatlarını televiziya qarşısında cizgi filmlərini izləməklə keçirirlər. Ancaq təəssüfləndirici məqam ondadır ki, həmin cizgi filmlərinin bir çoxunda şiddət səhnələrinə yer verilir. Bu isə zamanla balacaların həyat haqqında fikirlərinə təsir edir.

Cizgi filmlərinə baxmaq uşaqların psixikasına necə təsir göstərir? Bu və digər suallar barədə "Eurasia Diary" buro247.az-a istinadən mütəxəssislərin rəyini təqdim edir:

Məlumdur ki, telekommunikasiya vasitəsi birtərəfli ünsiyyətdir. Uşaqlar vaxtlarının çox hissəsini televizor qarşısında keçirirsə, bu, onun ilk növbədə əqli inkişafına öz mənfi təsirini göstərəcək. "Narınc" uşaq psixologiya mərkəzinin icraçı direktoru və baş psixoloqu Aydan Talıbovanın sözlərinə görə, cizgi filmlərinə baxma müddəti uşaqların yaşlarına uyğun olmalıdır: "3 yaşına qədər uşaq maksimum 11-12 dəqiqə cizgi filmi izləməlidir. Amma bəzi uşaqlar televiziya qarşısında 15-30 dəqiqə otururlar. Biz bunu normativ saymırıq. Bu yaşlarda uşaqda alıcı nitq inkişaf edir, verici nitq isə inkişafdan qalır, nəticədə o, sosiallaşa bilmir. Başqa sözlə desək, məlumatı alır, amma onu ötürə bilmir. Normal halda biz uşaqla oturub söhbət edir, rəsm çəkir, nağıl oxuyuruqsa, biz onunla ünsiyyətə giririk. Ancaq televiziya və planşet qarşısında cizgi filmi izləyərkən, o, həmin personajları özünə obraz olaraq götürür və onların hərəkətlərini təkrarlamağa başlayır. Məsələn, "Ben 10" cizgi filmi 10 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. Bu yaşdan aşağı olan körpələrin təxəyyülü onu anlamaq üçün inkişaf etməyib. 10 yaşdan aşağı uşaqlar fantastik cizgi filmləri izləməməlidirlər. İcazə verməyin ki, uşaq həmin personaja aludə olsun. Onların öz real dünyası olmalıdır. Fantastik filmlər hər zaman xəyal qırıqlığına gətirib çıxarır, təfəkkürlərində geriləmə ortaya çıxır, özlərindən yalanlar uydurmağa başlayırlar, qorxuları olur, həyəcan keçirirlər, stressə davamsız olurlar".

Cizgi filmlərinin uşaqlara təsiri – Araşdırma

Aydan Talıbova qeyd edir ki, valideynlərin uşaqlarla birgə cizgi filmlərini izləməsi şərtdir: "Valideyn cizgi filmlərini uşağı üçün izah etməlidir. Əks halda, gələcəkdə uşaqlarda qorxular, fobiyalar, həyəcan təşvişləri yarana bilər. Əgər uşaq 2-3 yaş dövrünü televiziya qarşısında keçirirsə, onun nitqində geriləmələr olur. Nitq geriləyirsə, təfəkkürdə də problemlər yaranacaq. Bəzi valideynlər deyirlər ki, biz də uşaq vaxtı cizgi filmi izləmişik, ancaq heç bir problemimiz yaranmayıb. Ancaq qeyd etmək lazımdır ki, hər uşağın qavraması, təxəyyülü və təfəkkürü müxtəlifdir. Əgər uşağın genində geriləməyə meyl varsa, onu xüsusi olaraq nəzarətdə saxlamaq lazımdır və valideyn vaxtında müdaxilə etməlidir".

Cizgi filmlərinin uşaqlara təsiri – Araşdırma


Psixoloqun sözlərinə görə, qida qəbulu zamanı uşağa cizgi filmi izlətdirmək ona müsbət təsir göstərmir: "Valideyn çalışmalıdır ki, uşaq qida qəbul edərkən o, cizgi filmi izləməsin. Bizim artikulyasiyamızın və görməmizin ötürdüyü siqnallar var. Beynimizə ilkin olaraq ikincinin ötürdüyü siqnal çatır. Məsələn, cizgi filminə baxa-baxa yemək yeyən uşaq əslində "doyma" siqnalını hiss etmir. Nəticədə uşağın artikulyasiya sistemi pozulur, nitqində qüsurlar yaranır".

Cizgi filmlərinin uşaqlara təsiri – Araşdırma

Hesablamalara görə, gündə orta hesabla 4-5 saat cizgi filminə baxan uşaqlarda diqqət əskikliyi müşahidə edilir. Onlarda aktivlik yaşıdlarına nisbətən, 30-40% az olur.

Azərbaycanda cizgi film istehsalı ilə məşğul olan "Azanfilm" studiyasının direktoru Müşviq Hətəmov bildirir ki, uşaqlar körpəlikdə izlədikləri cizgi filminin məzmununa deyil, daha çox rəngli kadrlarına və maraqlı səslərinə diqqət edirlər: "Uşaqların formalaşmasında, onların fantaziyalarının inkişafında, şəxsiyyət kimi formalaşmasında təkcə cizgi filmi yox, ümumi bədii informasiyanın rolu əvəzsizdir. Bu baxımdan televiziyalar uşaqlara çatdırılacaq filmləri düzgün seçməlidirlər. Ona görə ki, 1-5 yaş, 5-12 yaş dövrü uşağın zövqünün formalaşan dövrüdür. Hər bir əlvan rəng qeyri-ixtiyari olaraq uşaqların diqqətini cəlb edə bilir. İnformasiyanı da məhz bu şəkildə onlara verəndə onların əqli düzgün inkişaf edir. Məsələn, keçmiş Çexoslovakiya Respublikasında rəsmi və qeyri-rəsmi olaraq 2500-ə yaxın kukla teatrı var idi. Bəzi mövzular uşaqlara məhz kuklaların oyunu vasitəsilə çatdırılırdı. Bunun da böyük bir tərbiyəvi əhəmiyyəti olurdu. Bugün məhz teatrlar və cizgi filmləri vasitəsilə biz uşaqlara televiziyadan ötürülən mənfi informasiyaları neytrallaşdıra bilərik. Uşaqlar üçün əyləncəli verilişlər olmalı və bu, kompleks şəkildə həyata keçirilməlidir".

Cizgi filmlərinin uşaqlara təsiri – Araşdırma

Мədəniyyət və Turizm Nazirliyinin Kino Yaradıcılığı sektorunun müdiri Yusif Şeyxov hesab edir ki, Qərb animasiya filmlərinin bizim uşaqların psixologiyasına mənfi təsiri qaçılmazdır. "Nazirlik bu istiqamətdə müəyyən addımları atır, lakin mütəxəssis çatışmazlığı əngəl yaradır. Bizdə daha çox azyaşlı uşaqlar üçün sayı, əlifbanı, rəngləri, ailə münasibətlərini göstərən cizgi filmləri çəkilir. Bu il "Cırtdan" və "Sehrli xalat" haqqında maraqlı bir film çəkilib. Filmin qəhrəmanları orta əsrlərdən 21-ci əsrə gəlib çıxacaqlar. Bu, yeni forma axtarışları istiqamətində maraqlı bir addım ola biləcək. Yeni cizgi obrazları üçün gənc və istedadlı animatorların simasında yeni baxış lazımdır. Hazırda "Azanfilm" studiyasında çalışan bir qrup cavan animatorlar tərəfindən yeni forma axtarışları aparılır və ümid edirik ki bu, bəhrəsini verəcək".

Cizgi filmlərinin uşaqlara təsiri – Araşdırma

Animator Elçin Hami Axundovun sözlərinə görə, cizgi filmlərinin üzərində dövlət nəzarəti olmalıdır. "Uşaqlar 3-4 yaşlarından etibarən cizgi filmlərinə baxırlar, davranışlarının çoxunu oradan mənimsəyirlər. Sovet dövrü və indiki animasiya filmlərini müqayisə etsək, həmin illərdə müəyyən senzura qoyulmuşdu. Filmlərin mövzusu, onların uşaqlara təsirinə böyük diqqətlə yanaşılırdı. Hazırda isə senzura olmadığı üçün cizgi filmlərinin üzərində böyük yük düşür. Ona görə də bizə milli cizgi filmləri lazımdır. Animatorlar üçün kurslar olmalıdır. Sovet vaxtı bir cizgi filmini 45-ə qədər rəssam ərsəyə gətirirdisə, indi 1-2 nəfər çalışır". İndiki uşaqların başını nənələrin nağılları ilə, Cırtdanla aldatmaq olmaz. Onun təsviri obrazını yeniləmək, uşaqları müasir mövzulardan agah etmək lazımdır" - deyə, qocaman animator əlavə etdi.

Cizgi filmlərinin uşaqlara təsiri – Araşdırma

Mütəxəssislərin fikirlərinə əsasən belə bir nəticəyə gələ bilərik: Azərbaycanda uşaq filmlərinə ehtiyac var. Bunun üçün isə sistemli siyasət, maliyyə vəsaiti, kadrlar, dəyərli ssenarilər və vətənpərvərlik ruhu lazımdır. Lakin uşaqlarımızın gələcəyinin itirilməməsi üçün bu istiqamətdə ciddi şəkildə iş aparılmalıdır.
 

 

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Krım körpüsü bağlanıb
21:22 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
18:35 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Hamısı