Qadınların dekorativ məqsədlə yandırdığı ətirli şamların təhlükəli olduğunu bilirdinizmi?
"Eurasia Diary" Milliyet-ə istinadən otağın ab-havasına romantika qatmaq üçün isttifadə edilən ətirli şamların zərərlərini faktlarla təqdim edir:
CBS New York-un yaydığı məlumata görə, Amerikanın Nyu Cersi ştatında yaşayan Meghan Budden evində xoş mühit yaratmaq üçün ətirli şamlar yandırıb. Şamlar otaqda bir neçə saat ərzində yanıb.
Ertəsi gün körpənin burnunu təmizləmək istəyən ana qorxunc bir mənzərə ilə qarşılaşıb. Körpənin burnunun içində kiçik qara nöqtələrin əmələ gəldiyini görən gənc ana dərhal şamların üzərində yazan xəbərdarlığı oxuyub.
Şamların üzərində "3 saatdan çox yandırmayın" xəbərdarlığını görüb.
Aparılan tədqiqatlardan sonra məlum olub ki, körpənin burnunun içində yaranan qara nöqtələr şamın hisidir.
Mütəxəssislər ətirli şamlarla bağlı sərt xəbərdarlıq edib.
Xüsusilə portağal və limon ətirli şamların ozonla reaksiyasında formaldehit adlı maddə yaranır. İnsan orqanizminin uzun müddət formaldehit maddsəinə məruz qalması isə xərçəng xəstəliklərinə qapı açır.
Vüsalə Əlövsətqızı