Yevlax rayonunda 91 yaşlı qadın aldığı yanıq xəsarətləri nəticəsində xəstəxanada həyatını itirib.
EDnews xəbər verir ki, hadisə Yevlax rayonunun Xaldan qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 1935-ci il təvəllüdlü Əhmədova Zümrüd Sabit qızı yaşadığı evin həyətyanı sahəsində su qızdırmaq üçün ocaq yandırarkən xəsarət alıb.
Tək yaşayan ahıl qadın müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

.jpg)
.png)


.png)


