Əfqanıstanın Herat vilayətində dünən möhtəşəm toy mərasimi olub.
"Ziyarəti Dal" ("Qəlblər ziyarəti") adlanan mərasimdə 34 cütlük bir toyda ailə qurublar.
Yoxsul bəylə gəlinlərin evlənmələrinə şərait yaradıldığı bu toyda 7 əlil və görmə qabiliyyətindən məhrum 2 cütlük də vardı.
Toyun keçirildiyi saraya bəylərlə gəlinləri 14 toy avtomobili gətirib.