Yay aylarında ən çox meyvə-tərəvəzlərə üstünlük verilir. Bu həm də ona görədir ki, il boyu orqanizm özünü kənar təsirlərə qarşı güclü hiss etsin.
Təəssüflər olsun ki, satışdakı hər məhsul təbii şəraitdə yetişdirilmir. Bəzi məhsulların toxumları GMO tərkiblidir. Bu da məhsulun uzun müddət xarab olmaması, həşəratların zədələməməsi və görünüşü gözəgəlimli olduğu üçün satıcıya sərf edir.
Bu gün satışdakı pomidorlar qırmızı, xoş, parıltılı görünə bilər. Ancaq barmaqla üzərinə sıxdıqda iz qalarsa, bu pomidorun natural formada yetişdirilmədiyindən xəbər verir. Natural məhsulu kəsərkən onun dərhal suyu çıxmalıdır. Diqqət etmisinizsə, bəzi limon və portağalı kəsdikdə heç şirəsi çıxmır. Ona görə hər məhsulu öz mövsümündə almaq məsləhətdir.(metbuat.az)