Azyaşlı uşağı olanlara XƏBƏRDARLIQ evdə kondisioner yandırmayın

Maraqlı 15:46 12.08.2017
Yayı kondisionersiz təsəvvür etmək mümkün deyil. Qızmar günəşli havalarda insanların kondisionerlərə olan tələbatı da artır. Ancaq kondisionerdən düzgün istifadə edilmədikdə, o, hətta insanı ölümə qədər apara bilər. Belə ki, kondisioner yuxarı tənəffüs yollarında, ağciyərlərdə bir sıra ağır fəsadlara, hətta sətəlcəmə səbəb ola bilər. Eyni zamanda təmizlənməyən, nasaz işləyən kondisionerlər allergik soyuqdəymə, astma kimi xəstəliklər də yarada bilər.
 
Alimlər hesab edir ki, kondisioner otaqdakı oksigeni məhv edir. Kondisionerdən istifadə edərkən onu gündüz 24, gecələr isə 26 dərəcədə qoyulması xəstəlik riskini azaldır. Bundan başqa, kondisionerin zərərli təsirlərini minimuma endirmək üçün onu işlədərkən arabir pəncərəni açaraq otağın havasını dəyişmək lazımdır. Avtomobildə də kondisioner tənəffüs yolları xəstəliklərindən bronxit, sinusit və sətəlcəm, həmçinin göz və beyin iltihabı, badamcıq iltihabı, bəzi əzələ xəstəliklərinə yol aça bilər. Buna görə avtomobildə kondisionerdən istifadə zamanı üz və sinə bölgəsinə sərin havanın birbaşa gəlməsinin qarşısı alınmalı, kondisioner ön şüşəyə doğru yönləndirilməlidir.
 
Həkim, pediatr Vaqif Qarayev kondisionerin yalnız soyuqdəymə deyil, eyni zamanda allergik xəstəliklər də yaratdığını dedi: "Kondisioner işləyən otaqda havada ventilyasiya olmur. Kondisionerin filtrləri həmin otaqda olan toz, mikrob, bir sözlə, xəstəlik törədən nə varsa özünə yığır. Amma ventilyasiya olmadığından müəyyən müddətdən sonra həmin xəstəlik törədiciləri öz yerinə qayıdır. Bu baxımdan, bir çox kondisionerlər sərinlətməklə yanaşı, xəstəlik də törədir. Ona görə hər bir kondisioner modelinin filtrinə qulluq qaydasına əməl edilməlidir. Bəzən illərlə bu filtrlər təmizlənmir. Açıb baxdıqda orada barmaq qalınlığında tozun yığışdığını görərik. Ona görə də kondisioner yalnız soyuqdəymə deyil, eyni zamanda allergik xəstəliklər də yaradır. Allergik problemi olan insanlar kondisionerdən uzaq qaçmalıdır. Saatlarla kondisionerin işləməyi düzgün deyil. Kondisioneri söndürdükdən sonra qapı, pəncərəni açıb otaqda bir ventilyasiya yaratmaq lazımdır. Çünki kondisioner işləyən otaqda oksigenlə yanaşı karbon qazı da yaranır ki, bu da insan orqanizmi üçün ziyanlıdır. Bundan əlavə, kondisioner otaqdakı havanı qurudur. Kondisioneri elə tənzimləmək lazımdır ki, hava daha çox tavana istiqamətlənsin. Çünki birbaşa kondisionerdən gələn sərin havanın altında otursaq, uzansaq mütləq əzələ-oynaq ağrıları yaradacaq, allergik problemləri, yaşlı insanlarda isə xroniki xəstəlikləri kəskinləşdirəcək. Bu problemləri olmayanlar da soyuq hava şırnağının altında saatlarla otursa, mütləq boyun və kürək nahiyəsində ağrılar olacaq. Kondisionerin altında yatmaq qətiyyən olmaz. Çünki yuxu zamanı orqanizmin fəaliyyəti zəifləyir, müqaviməti aşağı düşür. Kondisioner olan otaqda çılpaq gəzmək olmaz. Yaxşı olar ki, sintetik olmayan təbii parçalardan, xüsusən də boyun və kürək nahiyəsini qapayan paltar geyinmək lazımdır. Bu mütləqdir. Bu soyuq hava ilə dəri arasında bir boşluq yaradır. Yəni soyuğun birbaşa təsirinin qarşısını alır".
V.Qarayev bildirdi ki, bir yaşadək uşaqlar olan otaqda kondisioner qətiyyən olmaz: "Böyüklərin orqanizmi yuxarıda sadaladıqlarıma dözür, amma uşaq orqanizmi dözə bilmir. Kiçik yaşlı, xüsusən də südəmər uşaqlar olan yerdə kondisioner qətiyyən olmaz. Uşaq olan ailələr bunu gərək tənzimləsin. Tutaq ki, axşam saatlarında uşaqları təmiz havaya çıxartmaq lazımdır. Yoxsa "kondisionerim var, qoy uşaq kondisionerin altında oynasın, mən də ev işimlə məşğul olum" demək olmaz. Çünki bu, uşağı mütləq xəstələndirəcək. Yay aylarında təmiz havanın uşaq orqanizmi üçün böyük əhəmiyyəti var. Uşağı uzun müddət qapalı məkanlarda, kondisioner altında saxlamaq düzgün deyil. Uşaq, eyni zamanda böyüklər də bayırdan gəlib birbaşa kondisionerin soyutduğu məkana girəndə temperatur fərqinə orqanizm mənfi reaksiya verəcək. Əgər bayırdan gəlmisinizsə, kondisioneri bir müddətlik söndürmək lazımdır. Bədən bir müddət kondisionersiz rejimə öyrəşəndən sonra otağı soyutmaq olar. Yəni temperatur rejimini tənzimləmək lazımdır. 23-28 dərəcədə kondisioner sərin hava verir, soyutmur. İnsan bədəninə təsir etmir. Ancaq təəssüf ki, ictimai yerlərdə buna riayət etmirlər. Buna görə də hazırda hamı əzələ tutulması, boyun, baş ağrılarından, burun tutulmasından şikayət edir. Bu hallar kimdə varsa, demək ki, o, kondisionerdən düzgün istifadə etmir".(musavat.com)
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra EDİLƏCƏK
17:35 16.05.2024
Hamısı