Yapon əsilli sənətkar İsao Hashimoto dünyada baş vermiş 2053 nüvə qəzasını göstərən çox maraqlı, eyni zamanda da olduqca qorxulu görünən time-lapse videosunu hazırlayıb. Bu videoda1945-1998-ci illər ərzində baş vermiş qəzalar cəmlənib. Belə ki, siz 1945-ci ildə Manhattan Layihəsinin “Trinity” adlı testi zamanı Los Alamos yaxınlığında baş verən qəzadan başlayaraq, Pakistanın nüvə sınaqları zamanı 1998-ci ildə baş vermiş partlayışa qədər qorxulu müxtəlifliklə qarşılaşacaqsınız.
1945-1998-ci illər ərzində dünya üzrə nüvə partlayışları