Rusiyanın Tambov vilayətində yerləşən və hind toyuğu yetişdirilməsi ilə məşğul olan fermada 2 min 848 ədəd quş qorxudan ölüb.
Virtualaz.org “Utro.ru” nəşrinə istinadən xəbər verir ki, hadisəyə səbəb kərtənkələ olub. Quşlar fermanın ərazisinə daxil olmuş kərtənkələni görən kimi təşvişə düşüblər və qarışıqlıq yaranıb. Həmin qarışıqlıqda hind toyuqları hava çatışmazlığından ölüblər.
Ekspertiza quşların asfiksiyadan öldüklərini təsdiqləyib. Müəssisə sığorta şirkətindən 1,57 milyon rubl kompensasiya ala bilib.