Ağıllı məhsulların yarımağıllı istifadəçiləri Bizi necə soyurlar?

Maraqlı 23:10 15.08.2017
Texnologiya inkişaf etdikcə, insanlar istehsal olunan məhsulların da daha keyfiyyətli və uzunömürlü olacağına ümid edir. Amma qloballaşan dünyada hər şey bunun əksini göstərir. Zəmanət müddəti yeni bitsə də, xarab olan paltaryuyan maşınlar, soyuducular, televizorlar; möhkəm görünsə də, birdən-birə xarab olan və təmirinin, hissə dəyişikliyinin yenisinin qiymətindən daha baha olan printerlər, mütəmadi edilən yenilənmələrdən sonra iki ildə artıq yeni çıxan heç bir proqramı düzgün işlədə bilmədiyi üçün sıradan çıxan “ağıllı” telefonlar; ilk geyinmədə süzülən corablar; bir il belə dözməyən ayaqqabılar – bütün bunlar “həyatımızın acı həqiqətləri”dir.
 
Yəqin ki, daha yaşlı insanlardan əvvəllər məhsulların gec xarab olması barəsində eşitmisiniz. Onlar həqiqətən də haqlıdırlar. Çünki kommunist rejimlə idarə olunan sovet ölkələrində vəziyyət tamamilə fərqli olub. Yoxsulluq səbəbindən Sovet dövründə ucuz və keyfiyyətli məhsullar istehsal edilib və iqtisadiyyat kapitalist dünyadakı kimi istehlakdan asılı olmayıb.
 
1. Bir lampa neçə il işləyir?
 
Hesab edirik ki, heç kimin ağılına 114 il demək gəlməz. Ancaq ABŞ-ın Kaliforniya ştatında Livermore Xilasetmə Şöbəsinə hədiyyə edilən lampa düz 114 yaşındadır. Bu lampa 1903, 1937 və 1976-ci illərdə baş vermiş elektrik kəsintiləri istisna olmaqla, heç vaxt sönməyib. Əlbəttə, burada 114 ildə yalnız 3 dəfə elektrikin kəsilməsi də ayrı bir yazı mövzusudur.
 
2. Lampanın Sirri və planlı köhnəltmə anlayışı
 
Alimlər lampanın sirrini ortaya çıxara bilməyiblər. Lakin səbəbinin planlı köhnəltmə deyilən anlayışla əlaqədar olduğu güman edilir. Planlı köhnəltmə məhsulun müəyyən müddət istifadə edilməsindən sonra, funksiyasını itirməsidir. Bunu edənlər məhz istehsalçı firmalardır. Çünki məhsula ehtiyacı olan adam mağazalardan məhsulu tədarük edir. Məhsul müəyyən zaman sonra sıradan çıxdıqda, istehlakçı bu məhsulu yenidən almaq məcburiyyətində qalır. Bu da istehsalçının gəlirinin artmasına səbəb olur.
 
3. “Planlı köhnəltmə haradan qaynaqlanır?” sualının cavabı keçmişdə gizlənir.
 
I. Dünya müharibəsindən sonra ard-arda yaşanan böhranların qərb iqtisadiyyatlarını çöküş nöqtəsinə gətirməsi, dövlətləri iqtisadi sahədə struktur dəyişikliklər reallaşdırmağa məcbur edir. İqtisadiyyatın çarxı fırlanmır, işsizlik inanılmaz səviyyəyə qalxırdı. İqtisadçılar “tələb çatışmazlığını” kimi izah edərək, insanları aldatmağa çalışdığı, amma əslində isə həddindən artıq istehsal böhranı olan 1929-cu il böhranı ilə birlikdə həll yollarının axtarılması sürətlənməyə başladı. “Tələb çatışmazlığı”nı aradan götürmək üçün ictimai və fərdi xərcləri artıracaq siyasət tətbiq olunmağa başlandı.
 
4. Axtarılan cavab 1932-ci ildə tapılır
 
Amerikalı iqtisadçı Bernard London Böyük Depressiyadab sonra iqtisadiyyatın dözümlü olması üçün hər məhsulun ömrünün qanunla təyin olunmasının lazım olduğunu təklif edən bir məqalə nəşr etdirir. Beləliklə də, insanlar daima satınalmaya təşviq ediləcək, “tələb çatışmazlığı” problemi bu yolla “həll ediləcəkdi”. İqtisadiyyatın çarxlarının dönməsi tələbin artması ilə birlikdə təmin edildikdən, sonra işsizlik problemi də aradan qalxacaqdı.
 
Bu təklif Londonun təklif etdiyi formada qanun gücüylə həyata keçirilə bilməyəcəkdi, amma böyük şirkətlər növbəti illər ərzində qanunlardan daha təsirli yollarla bunun reallaşmasını təmin etdilər.
 
5. London başladı, Vance Packard davam etdi.
 
1960-ci ildə Vance Packardın qələmə aldığı “The Waste Makers” kitabında isə yazıçı bu anlayışı iki şəkildə izah etmişdir: Funksiyaların köhnəldilməsi və Arzuların köhnəldilməsi. Arzuların köhnəldilməsi, psixoloji köhnəltmə olaraq də izah edilir. Bu anlayış daha çox dəb və trend cəhətdən məhsulların müştərilərin zehinlərində köhnəlməsi ilə eyni şeydir. Hər il yenilənən smartfonları almaq arzusu da buna ən bariz nümunədir.
 
6. 100 il işləyən lampa iqtisadiyyatı məhv edər!
 
110 ildən uzun müddətdir işlək qalan lampanın mövcud ola biləcəyi artıq məlumdur. Qısası, qəbul etmək nə qədər çətin olsa da, 100 il əvvəl istehsal olunan lampalar bu günkündən çox daha dözümlü idi.
 
20-ci əsrin əvvəllərində istehsal olunan lampaların istifadə müddəti 2500 saata yaxın idi. Lakin daha sonralar transmilli şirkətlər bir yerə gələrək, kartel yaratmış və lampanın istifadə ömrünü qısaltmaq üçün uzun müddətli bir fəaliyyətə başladılar. “Phoebus karteli” deyilən bu qurum yavaş-yavaş lampaların ömrünü qısaldaraq 1940-ci ildə hədəflədikləri müddətə – 1000 saata saldılar.
 
7. Planlı köhnəltmə metodları hansılardır?
 
Texnologiya firmaları uzun müddət sonra bazara çıxaracaqları məhsulları əvvəlcədən dizayn edir və ən aşağı keyfiyyətlilərindən başlayaraq, müəyyən mərhələlərlə ard-arda bazara çıxarırlar. Beləlikdə də, bazara çıxarılan hər yeni məhsul, daha əvvəlki məhsulu daha ixtisassız, yeni ehtiyacları qarşılamaqdan məhrum və dəbdən düşmüş edir.
 
8.Planlı köhnəltmə necə həyata keçirilir
 
Sistem iki təməl ünsürlə əlaqəlidir:
Məqsədli şəkildə: məhsuldarlığın planlı olaraq qarşısının alınması yoluyla, məhsulun istifadə edilməz hala gətirilməsi.
Bilavasitə: İstehsalda əlavə xərclərdən azad olmaq və müştərilərin sadiqliyini təmin etmək üçün, keyfiyyətsiz vəsait/ucuz layihə yoluyla mənfəət əldə edilir. Məsələn, Elektron mühafizə üçün plastikin istifadə edilməsi həm firma, həm də istehlakçı üçün ucuzluq deməkdir, lakin bu vəsaitin dözümlülüyü, nümunə vermək lazım olsa, çox bahalı olan titan metalına müqayisədə azdır.
 
9. Planlı köhnəltmə növləri (Sistematik köhnəltmə)
 
Sistematik köhnəltmə: Vaxtaşırı olaraq məhsulların daha yaxşı versiyalarının çıxarılması və yeni məhsulun köhnəsinə nisbətən üstünlüklərinin vurğulanması ilə həyata keçirilir. Proqram bazarında bu hal tez-tez müşahidə edilməkdədir.
 
Stil köhnəltməsi: Məhsul dizaynının mütəmadi olaraq yenilənməsiylə tətbiq edilir.
 
Bildiriş köhnəltməsi: Bu üsul nadir hallarda istifadə edilir. Firmalar məhsullarına rəqəmsal üsullarla əlavə etdikləri və müəyyən qədər istifadənin sonunda xəbərdarlıq verərək, məhsulun dəyişdirilməsinin lazım olduğunu söyləyən sistemlər vasitəsiylə aparılır.
 
İstehlak edərək köhnəltmə: Bu tip köhnəltmə, məhsulun çalışması üçün əlavə bir başqa məhsula ehtiyac duyduğu hallarda reallaşır. Nümunə olaraq kompüter printerlərinin kartriclərini göstərə bilərik.
 
10. Artıq bütün bunları sorğulamaq vaxtıdır.
 
Necə istehlaka məruz edilərək, soyulduğumuzu artıq dərk edə bilirik. İndi özünüzə soruşmanız lazım olan sual budur: “Bir neçə ildə sıradan çıxan kompüterlərimiz, cib telefonlarımız, müxtəlif elektron alətlərdən ibarət nəhəng zibil yığınları hara gedir?” Əlbəttə buxarlaşıb yox olmurlar. İnkişaf etmiş ölkələrdəki bu zibillər dünyanın müxtəlif yoxsul bölgələrinə göndərilir. Onlar yoxsul ölkələri zibilliyə çevirərək bu dərddən xilas ola bilirlər. Məsələn kompüter hissələri və elektron sxemlərin tullantılarının çox böyük qismi Qana’ya ikinci əl məhsul deyə “ixrac” edilir.
 
Əslində millətlərarası müqavilələrə görə, elektron zibilliklərin daşınması qadağandır. Lakin ikinci əl məhsul olaraq göndərildikdə belə problem olur. Bu da bir cür mədəni hiyləgərlikdir.
 
11. Qana’lı uşaqlar sizə minnətdardır!
 
Beləcə istifadə edilə bilməz vəziyyətdəki bu ikinci əl məhsullar atıldıqları yerləri zibil dağlarına çevirərək tam mənasıyla bir təbiət təxribatına səbəb olurlar. Qana’nın bir çox bölgəsində çay yataqları kimi təbii sahələr bu zibillər ucbatından geri qayıtmayacaq şəkildə ziyana uğrayacaqdır. O bölgələrdə yaşayan insanların dolanışıqlarını təmin etdikləri balıqçılıq kimi fəaliyyətlər də məhv olduğu üçün insanlar daha da yoxsullaşırlar. Bu vəziyyət yalnız Qana üçün aktual deyil.
 
12. Siz istifadə edib atsanız da, planet bunu edə bilmir.
 
Planetimiz günü-gündən daha da çirklənir. Bu çirklilik ucbatından təbii qaynaqlar istifadə edilməz hala gəldiyi kimi, milyardlarla insanın həyatı da risk altına girir. Aclıq, susuzluq, epidemiya təhlükəsi bəlkə bu gün sizin qapınızda deyil. Amma ilanın 1000 il yaşamasına icazə versəniz, o sizi də bir gün mütləq ziyarət edəcək.
 
İstehlak vərdişlərimizi tezliklə dəyişdirmək lazımdır. Amma təkcə bu da kifayət deyil. Yuxarıda sizə, böyük şirkətlər tərəfindən necə soyulduğunuzu və istehlak vərdişlərinizin necə manipulyasiya edildiyini göstərməyə çalışdıq. Bir lampa 110 il işləyə bilir. Əgər istəsələr, həyatlarımızın dəyişilməz bir hissəsi halına gələn bütün digər məhsullar da o qədər işləyər. Daha ağıllı istehlak ümidiylə.
 
Planlı köhnəltmə – Planned Obsolesence ( Sənədli film, türkcə altyazılı)(pahoo.az)
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı