İnternetin imkanları çox böyükdür. Sizə bir neçə işinizi çox asanlaşdıran mənbələr təqdim edirik. Bu 10 vebsayt ilə isə siz daha rahat internet istifadəsi əldə edəcəksiniz.
Tastekid
Sevdiyin filmi yazırsan, sənə film tövsiyə edir. Musiqi və kitab bölməsi olsa da hələ ki, tam formalaşmayıb. Sayt üzərində işlər hələ də davam edir.
Forvo
Hər dildən olan minlərlə sözün tələffüzü mövcuddur.
Namechk
İstifadəçi adını yazaraq, həmin adın hansı saytlarda istifadə olunub-olunmadığını öyrənirsən.
Dropsend
Ölçüsü böyük olan rəsmləri bu resursdan istifadə edərək, göndərə bilərsiniz.
Ninite
Kompüterinizi format etdikdən sonra əziyyət çəkməyin. Bu sayta girin və bütün lazımlı proqramları işarələyib, tək klik ilə yükləməyə başlayın.
Musicovery
Əhvalınıza uyğun musiqi tapmaq üçün bundan yaxşı mənbə ola bilməz.
Pixlr
Photoshop ilə işiniz var, amma bu proqram sizdə yoxdursa, internet vasiləsilə istifadə edəcəyiniz Pixlr sizi xilas edəcək.
Flickseeker
Əgər baxmaq üçün yaxşı film axtarırsınızsa, bu vebsayt əhvalınıza uyğun əla kino tövsiyələri etmək üçün əla resursdur.
Rome2Rio
Olduğunuz və getmək istədiyiniz şəhəri yazmaqla, siz bütün nəqliyyat vasitələri ilə yol xəritəsini əldə edəcəksiniz. Getdiyiniz istiqamətdə təyyarə, avtobus, avtomobil, gəmi – bir sözlə mümkün bütün vasitələr haqqında məlumatınız olacaq.
Youtube to mp3
mp3 tapmaq üçün çox əziyyət çəkmədən Youtube linki ilə mahnını yükləyin. (pahoo.az)