Qadınlar uzun illərdir üstünlük verdiyi qırmızı və əlvan rəngli avtomobillərdən son zamanlar imtina edir.
Bu barədə avtomobil eksperti Eldəniz Cəfərov bildirib. Onun sözlərinə görə, artıq xanımlar iri ölçülü avtomobillərə daha çox üstünlük verir:
“Əvvəl kiçik maşınlara üstünlük verən xanımlar çox azalıb. “Toyota Yaris”,”Nissan Mikra”, “Volksvagen Polo”, “KİA Rio”, “KİA Pikanto” kimi modellərə üstünlük verən xanımlar indi “Toyota Korolla”, “Toyota Rav4” kimi avtomobilləri seçirlər. Adətən qırmızı avtomobillərə “jenski maşın” kimi yanaşılır. Bu da xanımları narahat edir. İndi daha çox ağ, qara və yaş asfalt rəngli avtomobilləri seçirlər. Bu da kiçik avtomobillərə “jenski maşın” kimi yanaşıldığı üçündür. Belə avtomobillərə “qadındı, sürə bilmir” kimi yanaşıldığı üçün, bu da qadınları narahat edir”.
Ekspert bildirib ki, qadınlar böyük avtomobilər idarə etməklə göstərmək istəyir ki, yolda hamı bərabərhüquqludur:
“Bir xanıma görə, avtomobildə kondisioner mütləq olmalıdır, eyni zamanda oturacaqların tənzimlənməsi avtonom rejimdə olmalıdır. Qadın alıcılar həm də salonun dəri olmasına önəm verirlər. Qısası, avtomobil “full” olsun”. (fins.az)