Dünyanın ən yaxşı çimərlikləri Xəzərin adı siyahıda yoxdur... - FOTOLAR

Maraqlı 15:00 18.08.2017

Bunlar çimərlikdirsə, bəs bizim getdiklərimiz nə sayılır...

Havalar hələ isti keçdiyi üçün paytaxt sakinləri üçün çimərlik mövsümü də davam edir. Amma vəziyyət ildən-ilə pisləşir. Məsələn, ötən il rahatlıqla gedə bildiyiniz pulsuz çimərliklərin sayı azalıb, onları artıq ya hasarlayıblar, ya da pullu ediblər.

Və ya ötən il 10 AZN giriş haqqı ödəməklə daxil olduğunuz pullu çimərliklər üçün indi məbləğ ikiqat artırılıb - yəni 20 AZN olub. “Çimərliyə giriş pulludur”... Hazırda Xəzər sahilindəki əksər çimərliklərin girişində bu lövhəyə rast gəlmək mümkündür. Giriş haqqı isə çimərlik sahibinin insafından asılı olur. Ortada hər hansı normativə əsaslanan hesablama yoxdur. Çimərlik sahibi əgər “yuxarı”lara çimərlik mövsümündən öncə çoxlu pul ödəyibsə, yoxlama üçün gəlib-gedənlərin qarşısında çox “tərləyibsə”, bu, avtomatik olaraq çimərliyə giriş haqqına da təsirsiz ötüşmür.

Ona görə də indi Xəzər sahilindəki çimərliklərin əksəriyyətinə minimum 1 manatdan başlanan giriş haqqı ödəməklə daxil olmaq mümkündür. Amma giriş haqqı 20-30, hətta 50 manat olan çimərliklər də mövcuddur. Buzovna sahillərində, Bakıətrafı kəndlərdə yaşayanlar deyirlər ki, keçmişdə dənizin sahili ilə düz Sumqayıta qədər getmək olurdusa, indi bu mümkünsüzdür. Çünki hər tərəf bağlanıb.

Çimərliklərin “özəl” adı ilə hasarlanıb, girişin pullu edilməsi bir problemdirsə, başqa bir problem də oliqarxların dəniz sahilini bütövlükdə zəbt etməsidir. Məsələn, ötən yay Fatmayı kəndi yaxınlığındakı çimərliyə problemsiz daxil olmaq mümkün idisə, bu ildən naməlum şəxslər tərəfindən dəniz sahilinə gedən yol bağlanıb, sahilin bəlli hissəsinə giriş qadağandır. Bir çox hallarda oliqarxlar bağlarına maksimum yaxın yerləşən çimərliklərin müəyyən hissəsini hasarlayır, özəl mülkiyyət kimi heç kimin həmin əraziyə girişinə imkan vermir. Kasıbın üz tuta biləcəyi tək-tük çimərliklər isə beləcə sıradan çıxır.

Ən yaxşıların siyahısına Braziliya başçılıq edir

Image result for plyaj


Halbuki dünyada hər il yaxşı çimərliklərin siyahısı hazırlanır və ortaya maraqlı nəticələr çıxır. Hər il dünyadakı ən yaxşı çimərliklərin siyahısını hazırlayan “TripAdvisor” portalı yenə maraqlı nəticə ortaya çıxarıb. Daha doğrusu, istifadəçiləri üçün ən yaxşı 10 çimərliyin adlarını açıqlayıb. Dünyanın ən yaxşı çimərliyi UNESCO dünya mirası siyahısında olan Braziliyanın Bayia do Sanço çimərliyidir. 2-ci bir füsunkar çimərlik Havay adalarındadır. Lanikayi plyajı dümağ qumları, xurma ağacları və tropik bitkiləri ilə insanları heyrətə salır.

Bənzərsiz qumları və fövqəladə gözəllikləri ilə Seyşelldəki “Anse İntendanc” çimərliyi siyahının 3-cü pilləsindədir. Dördüncü Taylanddakı “Phra Nanq” çimərliyidir. İlk beşliyi isə Portuqaliyadakı Olhos de Agua çimərliyi qapayır. Onluqda olan digər çimərliklər isə bunlardır - Türkiyənin “İztuzu”, Filippinin “Secret Lagoon”, İtaliyanın “Tropea”, Avstraliyanın “Vhitsunday”, Amerikanın “Assateague”.

Avropanın ən yaxşı çimərlikləri ilə bağlı ayrıca siyahı hazırlanıb. Burada isə birinci yer “Playa de las Catedrales” (İspaniya, Ribadeo) çimərliyinə məxsusdur. “Elafonisi” (Yunanıstan, Elafonisi) Avropanın ən yaxşı ikinci çimərliyi olduğu halda, ilk üçlüyü “Cala Mariolu” (İtaliya, Baunei) çimərliyi tamamlayır.

Yaxşı çimərlik olmanın şərtləri - təkcə təmiz su?

Bodrum Türkiyənin ən yaxşı çimərlik zonası sayılır. Təmiz qumdan başqa bura büllur suyu və sakitliyi ilə də məşhurdur. Körfəzlə bağlı maraqlı əfsanə də var. Bu əfsanə burada yaşayan Nimfa Salmakisin Hermes və Afroditanın oğluna olan sevgisindəndir. O, tanrılardan xahiş edir ki, oğlanın qarşılıqlı hisslərini boğsun. Salmakisin ah-nalələri səma sakinlərini təngə gətirir və onlar sevgililərin bədənlərini birləşdirmək qərarına gəlirlər. Hermofrodit sözü də elə buradan yaranıb. Deyilənlərə görə, buranın suyu keçmişdə həqiqətən də kişiləri qadınsayağı edirmiş. Əslində isə yaxınlıqdakı meyxana kişi inadını yumşaldırmış...

Image result for plyaj


İspaniyanın Kosta Bravo çimərliyi isə İspaniyanın Aralıq dənizinin şimal hissəsində yerləşir. Buna görə də burada çimərlik mövsümü digər kurortlara nisbətən qısadır - iyunun əvvəlindən oktyabr ayınadək. Lakin buna baxmayaraq, Kosta Bravonun mənzərəli buxtaları və qumlu çimərlikləri çox məşhurdur. Çimərliklər bir qayda olaraq qızılı qumla örtülüb. Burada su idman növləri, xüsusilə də dayvinq geniş yayılıb. Sualtı mağaraların çoxluğu dayvinq həvəskarlarını “Kosta Bravo” çimərliklərinə cəlb edir. Gecə həyatını və şən istirahəti sevənlərə isə “Kosta Bravo”nun inzibati və turistik mərkəzi olan Lyoret De Mar şəhərciyində məskunlaşmağı məsləhət görürük. “Kosta Bravo” - hər zövqə uyğun istirahət deməkdir.

Vyetnamdakı Dananqın(China Beach) şöhrəti də az deyil. Bu çimərlik “Çayna Biç”, həm də “Non Nuoc Beach” kimi də adlandırılır. Asiyanın ən məşhur çimərliklərindən biri sayılır. Lqunların (dənizdən ayrılmış göllərin), təmtəraqlı bağların, ekzotik güllərin və meyvə ağaclarının görkəmi ərazini daha da gözəlləşdirir. SPA xidməti ilə tanınan otellər, dəniz məhsullarından hazırlanan xörəkləri ilə seçilən restoranlar xüsusən çimərlik üçün əlverişlidir. Dananqdan çox da uzaqlıqda olmayan dünyanın ən uzun kanat yolu sayılan yer də burada yerləşir. Buranı Ba Na dağı ilə qonşu dağın yüksək zirvəsi hesab edilən Vonq Nqueti birləşdirir. Ekzotik yerləri görmək arzusunda olanlar hər zaman buraya gəlirlər.

Keçək Avstraliyadakı Yeni Ehimali Uels, Bayron Bay çimərliyinə. Çimərliyi yazıçı Bayronun şərəfinə belə adlandırırlar. Bu çimərlik dünyanın ən məşhur istirahət yeri hesab edilir. Bu yerləri delfinlər, müxtəlif balıqlar və dəniz heyvanları da sevir. Bütün dünyadan insanlar məhz bu heyvanları görmək arzusu ilə külli miqdarda vəsait sərf edərək bura gəlirlər. İl ərzində çimərliyə iki milyondan artıq insanın gəlməsinə baxmayaraq, ərazi o qədər böyükdür ki, heç vaxt dolmuş vəziyyətdə görünmür. Burada hər kəs özünü rahat hiss edə, istədiyi kimi əylənə bilər. Hər cür zövqə uyğun əyləncə seçmək imkanı da var. Ərazidə müxtəlif musiqi janrları üçün nəzərdə tutulmuş festivallar və sörfinq, kaytinq üçün düşünülmüş çempionatlar da keçirilir.

Image result for plyaj


Kubadakı Playa Esmeralda çimərliyi “zümrüddən olan sahil” kimi qiymətləndirilir, Kubanın təbii gözəlliyə sahib olan hissələrindən biridir. Mərcanlardan ibarət olan və sahildən 900 m uzaqlıqda yerləşən adalar dayverlər üçün əsas mərkəzlərdəndir. Xüsusi macəra axtaranlar üçün çimərliyin yaxınlığında park da tikilib. Burada insan əli dəyməmiş və heç bir dəyişikliyə məruz qalmamış, vəhşi heyvanların yaşadığı təbii zonalar da var. Dağ çayları, şəlalələr və göllərin altında yerləşən mağaralar da insanların diqqətini cəlb edir.

Image result for plyaj


Ən yaxşı çimərliklərdə alver qadağandır

“Maxo Beach” çimərliyi yalnız günəş altında qaralmaq, ya da istirahət etmək üçün deyil, həm də ekstremal bir ərazi olduğuna görə dünyanın hər tərəfindən turistləri özünə cəlb edir. Sen Marten adasında yerləşən bu çimərlikdə günəşin altında yaxşı qaralmaqla yanaşı, düz başınızın üstündən uçan təyyarələrin də şahidi ola bilərsiniz. Belə ki, mərkəzi “Şahzadə Culiana” hava limanı çimərliyə çox yaxın bir ərazidə yerləşdiyindən və eniş ərazisi balaca olduğundan təyyarələr istirahət edən insanların üstündən uçmaq məcburiyyətində qalırlar. Turistləri gözləyən yeganə təhlükə təyyarənin güclü küləyi vasitəsilə suya düşmələridir. Buna görə də turistlərin məlumatlandırılması üçün çimərlikdə xəbərdarlıq lövhələri yerləşdirilib.
Dünyanın ən yaxşı çimərliklərində isə ilginc şərtlər var. Belə ki, ən yaxşı çimərliklərdə alver qadağandır. Həmin ərazilərdə siz yeyinti məhsullarının alveri ilə rastlaşa bilməzsiniz. Ekzotik heyvanların çimərliyə gətirilməsi, turistlərlə şəkil çəkdirilməsi hallarından da söhbət gedə bilməz. Bundan başqa, orada səsgücləndirici ilə musiqi dinlədilməsi, spirtli içkilərin satışı qadağandır. Siyahıdakı əksər çimərliklərin ərazisində restoran fəaliyyət göstərmir. İnsanlar bu ərazilərə yemək yox, sırf günəşlənmək, üzmək üçün gəlirlər. Yəni çimərlik əsl təyinatı üzrə fəaliyyət göstərir. (musavat.com)

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Hamısı