Tesla Model X krossoveri ilə Lamborghini Aventador SV Palm Beach İnternation Raceway yarışması çərçivəsində yarış ediblər.
Xarici mətbuat məlumat verir ki, İlon Maskın elektrokarı kiçik fərqlə idman maşınını qabaqlayıb. Elektrokar 190 km/s sürət ilə 400 metrlik məsafəni 11,4 saniyəyə qət edərək dünyanın ən sürətli krossoveri olub. Lamborghini Avendator SV rəqibindən 0,5 saniyə geri qalıb.
Maraqlısı odur ki, Model X – qiyməti 165 min dollar olan adi ailə avtomobilidir, Lamborghini isə 530 min dollar dəyəri olan idman maşınıdır. (Oxu.Az)