“MakDonalds” restoranlar şəbəkəsinin uzun illərdir sirr kimi saxladığı yemək sousunun resepti sosial şəbəkələrdə paylaşılmağa başlayıb.
Eurasia Diary “Daily Mail”ə istinadən “BiqMak” menyusunda yer alan sousun reseptini təqdim edir:
1) Yarım fincan mayonez
2) 1 xörək qaşığı şəkər tozu
3) 4 çay qaşığı miqdarında əzilmiş turşu
4) 1 xörək qaşığı incə doğranmış soğan
5) 1/8 çay qaşığı duz
6) 2 çay qaşığı fransızsayağı sous
7) 1 xörək qaşığı sirkə
Qeyd edək ki, sözügedən resept Pitsburqda restoran işlədən Cim Deliqatti tərəfindən 1967-ci ildə hazırlanıb. (Axar.az)