26 yaşlı polyak Sebastyan Karas Baltik dənizini üzüb keçən ilk idmançı kimi tarixə düşüb.
Üzgüçü Baltik dənizində Polşanın Kolobjeq şəhərini Danimarkanın Bornholm adası ilə ayıran 100 kilometri 28 saat yarıma qət edib.
Avqustun 30-da yayılan xəbərdə bildirilir ki, üzgüçünü kiçik gəmi müşayiət edib.
Sebastyan Karasın dənizdə olduğu bəzi məqamlarda dalğanın hündürlüyü 2 metrə çatıb, suyun hərarəti isə 20 dərəcəni keçməyib.(novator.az)