ABŞ-ın İlinoys ştatında 31 yaşlı məhbus Ostin Allenin həbsxanada nəzarətçilərlə davası müşahidə kamerasına düşüb.
NBC Chicago nəşrinin məlumatına görə, hadisə zamanı üç nəzarətçi xəsarət alıb.
İnsident zamanı həbsxana işçilərinin istifadə etdiyi bibər qazı məhbusu daha da əsəbiləşdirib. 12 nəzarətçi çətinliklə məhbusu sakitləşdirə biliblər.
Hadisə avqustun 24-də baş verib. Məişət zorakılığına görə həbs edilən Ostin Allenin nəzarətçilərə hücum etməsinin səbəbi bəlli deyil. (Oxu.Az)