Bakı Dövlət Universitetində maraqlı anlar yaşanıb.
Bakı Dövlət Universitetinin əsas korpusunun bufetində oğlan sevdiyi qıza tələbələrin gözü qarşısında evlilik təklifi edib. Sürprizdən həyəcanlanan qız oğlana "hə" cavabını verib.
Video sosial şəbəkədə yayılıb. Görüntülər qısa zamanda minlərlə dəfə bəyənilib. Videonu şərh edən qızlar oğlanın centlmenliyinə həsəd aparıblar.