Ən məşhur 100 adamdan biri olan AZƏRBAYCANLI AKADEMİK

Maraqlı 13:40 01.11.2017

Bu gün Rusiyada yaşayan həmvətənlərimiz arasında adını qürurla çəkə biləcəyimiz şəxsiyyətlərdən biri də Zahid Əliyevdir.

Rusiya Təbiət Elmləri, Beynəlxalq Təbiət və Cəmiyyət Elmləri akademiyalarının akademiki texnika elmləri doktoru, professor Zahid Səməd oğlu Əliyev dünya elminə böyük töhfələr verib.

Soydaşımız elm və pedoqoji sahədə qazandığı uğurlara görə bugünədək dünyanın onlarla nüfuzlu mükafatına layiq görülüb. İngiltərənin Kembric Universitetinin “Canlı əfsanə”, “Dünyanın beynəlxalq səfiri” fəxri adlarını qazanıb. Amerikanın “Qızıl medal”ına layiq görülüb. Həmçinin bir neçə dəfə ABŞ tərəfindən “İlin adamı” elan edilib.

Z.Əliyev 2004-cü ildə dünyanın məşhur 100 adamından biri seçilib, Böyük Britaniyanın "Əlahəzrətləri" şərəf tituluna layiq görülüb.

2013-cü ildə Avropa Birliyinin Elm və Sənaye Palatasının diplomu və qızıl medalına layiq görülüb. 2015-ci ildə Z.Əliyevə Avropa Birliyinin diplomatik statuslu pasportu təqdim edilib.

Dəyərli elm xadimimizlə söhbətləşib. Həmin müsahibəni təqdim edirik:

- Zahid bəy, bizə uşaqlığınızdan danışa bilərsinizmi?

- 1935-ci ildə Şəmkir rayonunun Zəyəm kəndində anadan olmuşam. Müharibəyədək olan həyatım barədə xüsusi heç nə xatırlamıram. Elə o yadımdadır ki, müharibə başladı və atamı hərbi xidmətə apardılar. 4 uşaq idik, anam işləmirdi. Çox çətin idi güzəranımız. O vaxtlar biz uşaqlara 200, anama isə 400 qram çörək almaq üçün talon verirdilər. Çörəyi talon sistemi ləğv ediləndən sonra doyunca yeməyə başladıq.

1942-ci ildə məktəbə getdim. Heç dəftərim də yox idi. “Bakiniskiy raboçiy”, “Pravda” qəzetlərinin səhifələrini dəftər kimi istifadə edirdik. Bu qəzetlər rus dilində idi. Kənddə də heç kim rusca bilmirdi. Bax beləcə, qəzetlər işimizə yarayırdı.

- Sizin bu sözlərinizi böyük hərflərlə kağıza köçürüb, hər bir sinif otağının divarından asmaq istərdim...

- Həm də, bütün bu çətin şərtlər altında əla qiymətlərlə oxuyurdum. Valideynlərim heç vaxt deməyiblər ki, gəl otur, dərsini oxu. Məktəbi bitirəndə qiymətlərimin hamısı “əla” idi. Məktəbimizin direktoru Şıxlinski dedi ki, Zahid, qızıl medal istəyirsənsə, 500 rubl verməlisən. Ailəmin bu pula gücü çatmazdı, ona görə də imtina edib, gümüş medal aldım.

Medalı alıb, evə gəldim. Atam dedi: “Hamı deyir ki, sən məktəbin ən bilikli şagirdisən, bəs niyə gümüş medal aldın?” Səbəbini deyəndə, çox kədərləndi.

- Peşə seçimi etmək çətin oldu?

- Məktəbdə oxuyan müddətdə prokuror olmağı arzulayırdım. Elə bu arzu ilə də sənədlərimi Azərbaycan Dövlət İnstutuna apardım. İlk sualım o oldu ki, sizdə tələbə təqaüdü nə qədərdir? 190 rubl dedilər və mən hüquqi təhsildən imtina etdim. Bilirdim ki, təhsilim boyu ailəmdən pul almayacam. Heç valideynlərimin məni oxutmağa imkanı da yox idi. Ailə üzvlərimizin sayı artmışdı. Evdə məndən başqa 5 övlad da vardı.

Orda mənə dedilər ki, ali məktəblər arasında ən çox təqaüd verən Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutudur. Elə buna görə də burada təhsili seçdim. 1957-ci ildə institutu əla qiymətlərlə bitirdim. Dekanımız mənə dedi ki, Zahid, səni SSRİ Neft Ekspedisiyasının hidrodinamika laboratoriyasına “satdım”.

- Siz bu "alqı-satqı"dan məmnun deyildiniz?

- Sözün düzü, neftçi olmaq istəyirdim. Dekan isə dedi ki, səndə tədqiqatçı istedadı var. Lakin öz arzumu gerçəkləşdirmək üçün Təsviri Geometriya şöbəsində assistent işləməkdən imtina etdim. Elə həmin il diplomumu da müdafiə etdim. Artıq bundan sonra hidrodinamika laboratoriyasının kiçik elmi işçisi kimi fəaliyyətə başladım. Lakin, yarım il ərzində anladım ki, bu iş mənlik deyil. Ruhum sıxılır. Ona görə gizlin-gizlin laboratoriyanın rəhbəri Abbasovdan ingilis dili öyrəndim. Həmin vaxt da aspiraturaya 2 il iş stajı olanları qəbul edirdilər. Mən də aspiraturaya qəbul olunub, laboratoriyamızın rəhbəri ilə Moskvaya getdim.

- Və beləcə karyeranız başladı...

- Moskvadan geri qayıdanda rəhbərim məni yanına çağırıb dedi ki, ÜETQİ-nin professoru Minski ilə danışıb və o, mənim elmi rəhbərim olmağa razılıq verib. 1960-cı ildə Moskvaya köçdüm. Burada həm aspiraturada təhsil alır, həm də Qaz dinamikası laboratoriyasında çalışırdım. Bir ildən sonra institutun direktoru Trebin məni yanına çağırdı və dedi:

"Sizin haqda yalnız xoş rəylər eşidirəm. Ona görə də sizi aspiranturanın qiyabi bölməsinə köçürdüb, böyük elmi işçi vəzifəsi vermək istəyirəm. Maaşınız da ikiqat artacaq”.

Mən də razılaşdım.

- Bəs Azərbaycandakı rəhbəriniz Abbasov bu dəyişikliyi necə qarşıladı?

- Abbasov yeni iş yerimdən və qiyabi təhsilimdən heç də məmnun qalmadı, amma etirazını da bildirə bilmədi. Çünki Trebin SSRİ-nin Venesuelladakı səfiri vəzifəsində də çalışmışdı. Hakim dairələrdə əhatəsi geniş idi. Həm oxuyub, həm də çalışaraq, dissertasiyamı müdafiə etdim. 1964-cü ildə Bolqariyaya (İndiki Bolqarıstan) göndərildim. 4 il fasilələrlə oradakı layihələrin gerçəkləşdirilməsi üzərində işlədim.

Bir neçə ay sonra SSRİ və ADR (Almaniya Demokratik Respublikası) Hökumətlərarası Komissiyasının sədr müavini təyin edilib, Almaniyaya göndərildim. Orada "Zalsvedel-Pakenzen" qaz yatağının işlənməsi üzrə baş məsləhətçi işlədim. Vaxtım tamam olanda ADR hakimiyyətinin rəsmi xahişi ilə ezamiyyət müddətim 4 il də artırıldı. Xidmətlərimə görə, “Almaniya qarşısında xidmət” medalı və ömür boyu aylıq pul mükafatı ilə təltif olunub geri döndüm.

SSRİ-yə dönüb, əvvəlki işimdə baş elmi işçi vəzifəsinə yüksəldim. 1979-cu ildən bugünədək Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin professoru vəzifəsində işləyirəm. Təbii qaz sahələrinin inkişafı, Qaz kondensat yatağının işlənməsinin xüsusiyyətləri və digər fənnlərdən dərs deyirəm.

- Bildiyimə görə, Rusiya Dövlət Neft və Qaz Universitetinin tədris proqramına yeni fənn də gətirmisiniz.

- Bəli, universitetinin tədris proqramına "Üfüqi quyuların tətbiqi texnologiyası" adlı yeni fənn gətirmişəm.

- Bəs Azərbaycanda son dəfə nə vaxt olmusunuz?

- Axırıncı dəfə 2004-cü ildə olmuşam. Anamın xəstəliyilə bağlı... O, mənimlə fəxr edirdi. Həmişə xatirimdə müqəddəs qalacaq anam.

- Azərbaycanlı alimin Rusiyada günləri necə keçir?

- Hər gün səhər saat 7-də oyanıb işə gedirəm. Axşam saat 7-də gəlib evə çatıram. Demək olar ki, istirahət günüm olmur. Tez-tez Moskvanın, Orenburqun, Daşkəndin magistr tələbələri qarşısında mühazirələrim olur.

- Zahid müəllim, uzun müddətdir ki, doktorluq dissertasiyasına namizədlərin elmi rəhbəri kimi də fəaliyyət göstərirsiniz. Davamçılarınızdan razısınızmı?

- Rəhbərliyimlə doktorluq dissertasiyası müdafiə edən elmi kadrların çoxu neft-qaz sahəsi üzrə yüksək vəzifələrdə çalışırlar. Hamısı məşhur alimlərdir. İraqda, Çində, demək olar ki, bir çox ölkədə neft-qaz sənayesi sahəsi üzrə çalışan tələbələrim var. Onların içərisində Marakovun adını xüsusi qeyd etmək istəyirəm. O, artıq texnika elmləri doktoru dərəcəsi alıb.

- Ümimiyyətlə bu gün bir elm xadiminin fəaliyyəti nə dərəcədə dəyərləndirilir?

- İndiki zəmanədə bir elm xadiminin işləri iki cəhətdən dəyərləndirilir - elmə töhfələri və dünyada məşhurluq dərəcəsi.

Elmə gətirdiyim yeniliklərdən danışsaq, müəllifi olduğum 45 monoqrafiyanın, 31 tematik broşurun və 341 elmi məqalənin adını çəkə bilərəm. Bu işlərimin əksəriyyəti müxtəlif nəşriyyatlar və neft şirkətlərinin sifarişidir. Elm sahəsinə verdiyim töhfələr Rusiya, ABŞ, İran, İraq, Çin, İngiltərə və digər ölkələr tərəfindən sübut edilib. Təsəvvür edin ki, Avropa mənə, fəaliyyətimə o dərəcədə dəyər verir ki, istədiyim an, vizasız istənilən Avropa Birliyi ölkəsinə gedə bilərəm. Bu yaxınlarda “Qazprom" mənə 500 min dollar dəyəri olan mənzil də hədiyyə edib.

- Əlinizdə hər cür imkan varkən, heç istirahət etməmisiniz?

- 82 illik həyatım boyu cəmi bir dəfə dincəlmişəm. O da Bolqarıstanda... Ailəmlə birgə dəvət olunmuşdum. Düz 24 gün Bolqarıstanın istədiyim güşəsində yaxşıca istirahət etmişdim.

- Zahid müəllim, şöhrətiniz bütün dünya ilə birdir. Bəs azərbaycanlı tələbələrimiz qarşısında çıxış edib, onların üfüqlərini genişləndirmək istəmirsiniz?

- Üç il öncə Azərbaycan Dövlət Neft Akademiyasının rəhbərliyinə elektron müraciət ünvanladım. 1957-ci ildə məzunu olduğum bu təhsil ocağı mənə çox doğmadır və 3-5 gün ərzində neft yataqları texnologiyasının ən son üsulları haqda mühazirə ilə çıxış etmək istədiyimi bildirdim. Naməlum səbəblərdən mənə cavab gəlmədi. Bir müddət sonra akademiyanın referenti Moskvadakı bu ali məktəbin adından çıxış etməyimi istəyəndə, mən imtina etdim.

- Zahid müəllim, mənə zaman ayırdığınız üçün minnətdaram sizə!

- Suallarınıza ətraflı cavab verə bilmədimsə, üzürlü sayın!

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Bakıda döyüş tətbiqinə yararlı qumbara və partladıcı tapıldı
10:25 28.03.2024
Bu gün ilk Qədr gecəsidir
Bu gün ilk Qədr gecəsidir
10:20 28.03.2024
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
10:15 28.03.2024
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir
10:12 28.03.2024
Əli Nağıyev: “Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq”
10:08 28.03.2024
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
12 nəfər Qəzza sakini humanitar yardım almaq üçün həyatını itirib
10:05 28.03.2024
Bağça müdiri vəzifəsinə qəbul üçün imtahan keçiriləcək
10:00 28.03.2024
İtaliyada güclü ZƏLZƏLƏ oldu
09:58 28.03.2024
Azərbaycan Xalqının Qüruru İlə Oynamaq olmaz! – Elman Mustafazadə yazır...
09:58 28.03.2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:55 28.03.2024
Ötən il DTX 190 cinayət işinin ibtidai istintaqını APARIB
09:53 28.03.2024
Fransa Braziliya ilə hərbi əməkdaşlığa başlayıb
Fransa Braziliya ilə hərbi əməkdaşlığa başlayıb
09:50 28.03.2024
III Dünya Müharibəsi başlanır? – Politoloq ŞƏRH EDİR
09:45 28.03.2024
Hamısı