Türkiyənin “Pal FM” radiosuna qonaq olan məşhur müğənni Sərdar Ortaç yaxın dostu Ebru Gündəşlə tanışlığının tarixçəsini danışıb.
Türkiyənin pop kralı Sərdar Ortaç səsinin qadın səsinə oxşadılmasından söz açıb:
“Mən rəhmətlik Qayaxanla bir yerdə radioda verlişdə qonaq idim. Bu zaman Ebru Gündəş mənim səsimə qulaq asıb “Bu qadın kimdir? Bununla görüşməliyəm”, - deyib.
Sonra məni görmək üçün radioya gəldi və mənim qadın yox, kişi olduğumu görəndə şoka düşdü”.