Azərbaycan dilində olan vikipediyada "Səfəvilər dövlətinin bayraqları" adlı məqalə yaradılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun verdiyi məlumata görə, viki-məqalənin müəllifi institutun əməkdaşı Elnur Nəciyevdir.
Qeyd edək ki, viki-məqalə Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Tofiq Nəcəflinin məqaləsi ("Azərbaycan Səfəvi dövlətinin bayraqlarına dair") əsasında hazırlanıb.
Viki-məqalənin linki: az.wikipedia.org