Bakıda bir saç ustası qeyri-adi bacarığı ilə müştərilərini təəccübləndirib. O, dövlət bayrağı günündə saçın üzərinə Azərbaycanın bayrağını və xəritəsini həkk edib. O, bu işə cəmi 20 dəqiqə vaxt sərf edib.
Əvvəlcə saçı kəsərək başda Azərbaycanın xəritəsini çəkir, sonra isə dövlət bayrağını həmin xəritənin üzərinə həkk edir. Bakıda saç ustası dövlət bayrağı gününü özünəməxsus şəkildə qeyd edir..
Bir neçə ildir ki, bərbər işləyən Pünhan Bədəlov bayram günlərində saçları qeyri-adi formada kəsir. O, əvvəlcə müştərisinin saçına Azərbaycan xəritəsinin formasını verir.
Saç ustası bunun üçün yağlı boyalardan istifadə edir.. Onun sözlərinə görə, son vaxtlar saçını bu üslubda kəsdirənlərin sayı artıb. Xüsusən də bayram günlərində saçına dövlət bayrağı və gerbini, eləcə də digər atributları vurdurmaq istəyənlər daha çox müraciət edirlər. Qiymət isə adi saçın kəsdirilməsindən fərqli olur.
Pünhan Bədəlov deyir ki, Türkiyə televiziyalarında keçirilən məhşur yarışmaların birindən ona dəvət gəlib. Həmin yarışmada saçın üzərində qeyri-adi formalar hazırlayacaq.