"Facebook" istifadəçilərinə profillərində "canlı portretlərə" oxşar davranmasına imkan verəcək bir sistem inkişaf etdirir.
Yeniliyiə əsasən şəxsin profil şəklini ziyarət edən zaman və eləcə də hər hansı paylaşdığı fotoya "like" qoyulan zaman istifadəçinin profil şəkili animasiya olaraq həmin şəxsə cavab verəcək.
İstifadəçilərin fotoşəkillərini "canlandırmaq" imkanı verən proqram, Tel-Aviv Universitetinin tədqiqatçıları tərəfindən hazırlanıb. Onun iş alqoritmini mükəmməl adlandırmaq olmaz, ancaq indi real insanların duyğularının yarısı animasiyaya cəlb edilib. Elm adamları, proqramlarının hər gün inkişaf etdirildiyini iddia edirlər.
Gələcəkdə "Facebook" fotoşəkilləri təkcə bəyənmələrə deyil, sizin göndərdiyiniz mesajlara reaksiya verməyi planlaşdırır. Yəni siz dostunuzla yazışan zaman, və yaxud müzakirələrdə iştirak etdiyiniz zaman o sizin adi profil şəklinizi deyil, "animasiya versiyasını" söhbətin məzmununa aktiv olaraq görəcək və reaksiya göstərəcək. Proqram, Bangkokda kompüter qrafika və interaktiv texnologiyalar mövzusunda keçirilən konfransda təqdim ediləcək./AzNews.az