Sirli ada və ya ən təhlükəli həbsxana?! Eurasia Diary-nin Alkatraz barəsində özəl reportajı

Maraqlı 12:16 13.11.2017
Bəri başdan onu deyim ki, yanız bir məqama görə təəssüf etdim. Adanı ziyarət etmək üçün tələb olunan bileti vaxtında ala bilmədik. Digər məqamlar isə tam da bir jurnalistin istədiyi kimi cərəyan etdi. Ondan başlayım ki, Alkatraz San Fransisko körfəzində yerləşən adadı. Ada ərazi cəhətdən Kaliforniya ştatına aid edilir. Alkatraz adasını məşhur edən sözsüz burada yerləşən həbsxanadır. Bura xüsusi təhlükəli cinayətkarlar, həmçinin digər həbsxanalardan qaçmağa cəhd edənlər üçün istifadə edilib. Hal-hazırda həbsxana öz fəaliyyətini dayandırıb və bura muzey kimi istifadə olunur. Deyilənə görə, adanın körfəzin mərkəzində yerləşməsi, buzlu və güclü su axını ABŞ ordusu tərəfindən buranın hərbi əsirlərin saxlanması üçün istifadə edilməsinə səbəb olub. Həbsxananın tarixi barədə maraqlı faktlar mövcuddur. Həbsxana olduğuna baxmayaraq, burada olan qaydalar o qədər də ciddi deyildi. Burada məhbuslar sərbəst hərəkət edə bilirdilər. On il ərzində hətta məhbuslara beysbol meydançası tikməyə və beysbol formasında gəzməyə imkan verirdilər. Burada boks görüşləri keçirilirdi. Alkatrazdakı boks döyüşlərinə maraq o qədər böyük idi ki, hətta San-Fransiskonun yerli əhalisi buraya məhz bu döyüşlərə baxmaq üçün gəlirdi. 1934cü ildə müdafiə nazirliyi həbsxananaya görə çəkilən böyük xərclər səbəbindən buranı bağlayır və ədliyyə nazirliyinə təhvil verir. 1920-ci illərin sonu, 1930-cu illərin ortalarında isə Amerikada cinayətkarlıq yüksək həddə çatmışdı. İri mafiya başçıları və ayrı-ayrı bandalar öz təsir güclərini artırmaq üçün cinayətlər törədirdilər. Qurbanlar isə çox vaxt günahsız vətəndaşlar və ya qanun keşikçiləri olurdu. Bütün bunları nəzərə alan Amerika dövləti Alkatrazı yenidən açmağa qərar verir, lakin bu dəfə federal həbsxana kimi.
Alkatrazda yenidənqurma işləri zamanı bünövrə olduğu kimi saxlanılır, bina özü tamamilə rekonstruksiya edilir. Rekonstruksiyaya qədər bütün hücrələr taxtadan olduğu üçün, onları dəmirdən hazırlanmış hücrələrlə əvəz etdilər. Hər bir hücrəyə enerji çəkilərək, bütün xidməti tunellər daşla dolduruldu. Həbsxana korpusu 600 hücrədən təşkil olunaraq, 4 hissəyə bölünmüşdü. Sonuncu D adlanan hissədə ən təhlükəli məhbuslar saxlanılırdı.
 
Məhbusun məhz Alkatrazda həbs müddətini keçirməsi adətən məhkəmə tərəfindən təyin olunmurdu. Buraya əsasən digər həbsxanalardan “seçilmiş” məhbusları gətirirdilər. Könüllü olaraq Alkatrazda həbs müddətini keçmək olmazdı, lakin dövlət buranı Al Kapone kimi qanqsterlər üçün istisna etmişdi.
Yeni həbsxana qurulduqdan sonra buradakı qaydalar dəyişdi və daha da sərtləşdi. Burada hər bir məhbusun öz hücrəsi var idi, məhbus üçün ayrılan yemək, içmək, müalicə vasitələri minimuma endirildi. Alkatrazda olan heç bir məhbusun şəxsi əşyası ola bilməzdi, heç kim qəzet oxumaq imkanına malik deyildi. Ziyarətçi ilə görüşü və ya türmə kitabxanasına giriş üçün məhbus mütləq bunu öz işi ilə qazanmalıydı.Həbsxana korpusunun şərq hissəsində izolyatorlar yerləşirdi. İzolyatorlarda hətta normal tualet belə yox idi. Məhbusu izolyatora üst geyimsiz yerləşdirirdilər. Burada yalnız qidanın ötürülməsi üçün bir balaca yer var idi, ora da qida ötürülməyən zaman bağlı olurdu və buna görə də məhbus tamamilə qaranlıqda qalırdı. Hücrə soyuq olurdu, yatmaq üçün döşəyi isə yalnız gecə verirdilər. Bu ən dəhşətli cəza hesab olunurdu. Adətən izolyatora məhbusları 1-2 günlük göndərirdilər. Nəhayət 21 mart 1963-cü ildə Alkatraz rəsmən fəaliyyətini dayandırdı. Həbsxananın fəaliyyətini dayandırmasının rəsmi səbəbi kimi maliyyə imkanların az olması göstərilirdi. Bura adi həbsxanalardan qat-qat daha çox xərc tələb edirdi. Alkatrazın fəaliyyətinin dayandırdığından sonra hökumət burada nə edəcəyi barədə düşünməyə başladı. 1969-cu ildə hindular burada məskən saldılar. İki il sonra dövlət onları oradan deportasiya etdi. 1973-cü ildən başlayaraq Alkatraz turistlərin üzünə açıldı, və hər il buranı milyonlarla turist ziyarət edir. Alkatrazın iyimi doqquz illik fəaliyyəti ərzində buradan heç bir uğurlu qaçış təşkil olunmadı. Lakin, həbsxanadan qaçmağa cəhd göstərən beş məhbusun taleyi bəlli deyil. Onların nə meyiti, nə də özlərini tapmaq mümkün olmayıb. Ümumillikdə otiz dörd məhbus tərəfindən on dörd qaçış cəhdi olub. Qaçışa cəhd edənlərin yeddisi güllələnib, ikisi suda batıb, beşi haqqında isə heç bir məlumat xəbər yoxdur. Digərləri isə tutularaq geri qaytarılıblar. 1946-cı ildə təşkil olunmuş qaçışda üç məhbus, iki mühafizəçi öldürülüb…

Ayaz Mirzəyev

Eurasia Diary, San Fransizko, Kaliforniya 
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Hamısı