Kanadanın baş naziri Castin Trüdo dünən Nyu-Yorkun Bruklin səmtində yerləşən məşhur Bobbi Qlison boks klubunda (Gleason's Gym) məşq edib.
43 yaşlı Trüdo uşaqlıq illərindən boksla məşğul olur. Nyu-Yorkda üçgünlük rəsmi səfərdə olan baş nazir dünyaca məşhur boks zalında məşq etmək imkanını əldən vermək istəməyib.
BMT iqamətgahında qlobal iqlim dəyişiklikləri ildə bağlı Paris anlaşmasını imzalayacaq C.Trüdo rəsmi danışıqlardan əvvəl "bir qədər çalışmaq" istədiyini deyib.
Telekameralar qarşısında məşq edən Trüdo sol çiynindəki qara qarğa tatusunu da reportyorlara göstərib.
1937-ci ildə italyan boksçu, "Bobbi Qlison" təxəllüsü ilə tanınan Pyetro Qalyardinin Cənubi Bronksda yaratdığı bu klubda bir zamanlar Məhəmməd Əli, Mayk Tayson və Ceyk LaMotta məşq ediblər.
"Milli.Az"