Amerikalı peşəkar güləşçi Braun Strouman tonluq yük maşınını aşırıb.
İdmançı heç bir hiylə etmədən əvvəlcə bütün gücü ilə avtomobili yerindən tərpətməyə başlayıb. Dostları Braunun 7-8 ton ağırlığındakı yük maşınını hərəkət etdirdikdən sonra buraxacağını sanıb, lakin o, hamını heyrətləndirib və avtomobili aşırıb.
Həmin anın görüntülərini təqdim edirik:(Milli.Az)