Yaponiyada otelllər üçün özüyeriyən başmaqlar ixtira olunub. Qeyri-adi ixtira barədə Nissan Kompaniyası özünün YouTube kanalında bəyan edib.
Bildirilir ki, başmaqlar özü hərəkət edə və digər ayaqqabılarla eyni sıraya «park edilə bilir».
Kadrlardan görünür ki, qonaqlar öz ayaqqabılarını harda istəyirlərsə, çıxarırlar, başmaqlar isə özləri digər ayaqqabılara doğru hərəkət edərək, onlarla bir sırada dururlar.
Bildirilir ki, dəhliz divarına quraşdırılmış düymə onların hərəkətə gətirir.Bu ixtira avtomobilin avtopilot parkinqi üçün texnologiyası əsasında hazırlanıb.//Faktxəbər