GoPro şirkətinin istehsal etdiyi videokameralar dünyaca məşhurdur. Ekstremal və adrenalinli çəkilişlərin əvəzolunmaz "vasitə"si olan bu kameraların istehsalçısının sosial şəbəkələrdəki səhifələri də populyardır.
Dünən GoPro "maraqlı" yanlışlığa yol verib: şirkət Azərbaycanın Qazax rayonu ilə Qazaxıstanı səhv salıb.
GoPro-nun Facebook və İnstagram-dakı səhifələrində "Həmin gün biz aşiq olduq" adlı video paylaşılıb. Qazaxıstandakı "Avtobus" qrupunun "Yerin o biri üzündə" adlı mahnısının klipinin çəkildiyi yer kimi Qazaxzıstan yox, Qazax geoteq qismində əlavə olunub. Halbuki rejissor Anton Meleşkeviç bu videoklipi Qazaxıstanda çəkib. (milli.az)