Üzeyir Novruzov 2018-ci il Çin təqviminin başlaması münasibətilə keçirilən Çin Yaz Festivalında Azərbaycanı təmsil edib.
Tədbirdə dünyanın tanınmış ictimai xadimləri iştirak edib. Afrika ölkələrindən, Rusiyadan, ərəb ölkələrindən incəsənət xadimləri də Qala Şouda iştirak edib.
Tədbir çərçivəsində Üzeyir Novruzov Çeki Canla görüşüb, ona Azərbaycan haqında məlumat verib.
Festivalda ABŞ, Almaniya, Rusiya, ərəb və digər ölkələri təmsil edən incəsənət xadimləri çıxış edib.