Kosmosa gedən kosmonavtın DNT-si geri döndükdən sonra əkizi ilə uyğun gəlmədi.
NASA-da kosmonavt olaraq fəaliyyət göstərən Skot Kellynin kosmosda bir il keçirdikdən sonra DNT-sinin əkiz qardaşı Mark Kelly ilə artıq uyğun gəlmədiyi məlum olub.
Bir il kosmosda qaldıqdan sonra dünyaya qayıdan Skot Kellynin qan dəyərlərində fərq müşahidə edən tədqiqatçılar uzadılmış telomer kimi dəyərlərinin dünyaya qayıtdıqdan sonra normala döndüyünü vurğulayarkən, qayıtmasından bir il keçmiş olmasına baxmayaraq, Skot Kellynin DNT-sinin dəyişmədiyini ortaya çıxarıb.
NASA Kelly qardaşları üzərində aparılan araşdırmanın kosmosa göndərilən kosmonavtlarda yarana biləcək dəyişikliklər çərçivəsində üç illik Mars vəzifəsinə töhfə verəcəyini açıqlayıb. (metbuat.az)